Şimal regionunun gəncləri dini radikalizmlə mübarizə sahəsində təlimlərə cəlb olunublarQuba, 3 oktyabr 2016 Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı və “Nurlu Sabah Uşaq–Gənclər Təşkilatı” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Dini radikalizmlə mübarizədə gənclərin rolunun artırılması” adlı layihəyə yekun vurulub. Bununla əlaqədar təşkil olunan mətbuat konfransında bildirilib ki, layihə Quba, Qusar və Xaçmaz rayonlarını əhatə etməklə iyul ayının 1-də başlayıb və 3 ay davam edib. Layihə müddətində rayonlarda təlimlər təşkil olunub, Quba şəhərində 50 nəfər gəncin iştirakı ilə 4 gün ərzində tədbirlər həyata keçirilib. Təlimlərə bu sahədə fəaliyyət göstərən peşəkar ekspertlər cəlb edilib. Bundan başqa, layihə müddətində kitabça və buklet hazırlanıb, region gənclərinə paylanılıb. Elxan Yusifli, AZƏRTAC |
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |