BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Xaçmazda regional konfrans keçirilib

Xaçmazda regional konfrans keçirilib

Xaçmazda regional konfrans keçirilib
Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Xaçmaz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Azərbaycanda multikultural dəyərlər: mədəni müxtəliflik və sivil birgəyaşayış məkanı" mövzusunda regional konfrans keçirilib. Fonddan Modern.az saytına verilən məlumata görə, tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Xidmətinin aparıcı məsləhətçisi Ceyhun Məmmədov, Şimal regionu üzrə milli-dini icmaların, habelə yerli və respublika miqyaslı qəzetlərin baş redaktorları iştirak ediblər.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı millətlərarası münasibətlərin inkişaf etdirilməsində, eləcə də multikultural dəyərlərin təşviqində kütləvi informasiya vasitələrinin mühüm rolunu önə çəkərək Fondun yerli icra hakimiyyəti orqanları ilə media qurumları arasındakı qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsindəli xidmətlərini də xüsusi vurğulayıb.

Vüqar Səfərli bildirib ki, dövlət başçısının 11 yanvar 2016-cı il tarixli sərəncamı ilə 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan edilməsi respublikamızın bu sahədə qazandığı nailiyyətlərin yerli və beynəlxalq ictimaiyyətə çatdırılmasını zəruri edir. İcraçı direktor bu baxımdan Xaçmazda keçirilən konfransın əhəmiyyətini diqqətə çəkərək Fondun multikulturalizm mövzusuna xüsusi diqqət ayırdığını, 2016-cı ilin birinci yarısında Mədəniyyət və Turizm Nazirliyi ilə birgə bu mövzuda bir fərdi jurnalist yazıları müsabiqəsinin keçirildiyini, daha bir müsabiqənin hazırda davam etdiyini vurğulayıb.
İcraçı direktor KİV-lərə Dövlət Dəstəyi Konsepsiyası əsasında Fondun maliyyə yardımı ilə bir sıra qəzetlərdə "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" istiqaməti üzrə hər il 600 səhifəyədək layihə materialının, habelə fərdi jurnalist yazıları müsabiqələrində çoxsaylı yazıların dərc edildiyini vurğulayıb. Vüqar Səfərli Azərbaycanın azsaylı xalqların sıx yaşadığı digər bölgələrində də bu cür konfransların keçiriləcəyini diqqətə çatdırıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov "Multikulturalizm və tolerantlıq Azərbaycan cəmiyyətinin həyat tərzidir" mövzusunda məruzəsində Azərbaycanda multikultural dəyərlərin tarixi inkişaf mərhələlərinə nəzər salaraq başqa dinlərə və millətlərə dözümlü münasibəti Azərbaycan xalqının həyat tərzi, habelə milli düşüncə sistemindən qaynaqlanan mənəvi-əxlaqi məsələ kimi dəyərləndirib. Komitənin sədr müavini həmçinin vurğulayıb ki, Azərbaycanda multikulturalizmin inkişafına Azərbaycanın yerləşdiyi əlverişli coğrafi mövqe, zəngin iqtisadi resurslar, İslam dininin geniş yayılması ilə yanaşı, dövlətin dəstəyi də mühüm təsir göstərib. Gündüz İsmayılov, həmçinin Komitənin bu sahədə həyata keçirdiyi tədbirlər barədə də ətraflı məlumat verib.скачать dle 10.4 UTF-8Forex для начинающих