Qusarda Şahdağ Regional Turizm Peşə Məktəbi fəaliyyət göstərəcək13 yanvar 2017, Bakı Son illər ərzində qeyri-neft sektorunun prioritet istiqamətlərindən olan turizm sənayesində uğurla həyata keçirilmiş, məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda bu sahənin inkişafı üçün münbit şərait yaradılmış və milli turizm kompleksinin rəqabətə davamlılığı nəzərəçarpacaq dərəcədə yüksəldilib. Görülən işlərin davamı olaraq, Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 1 sentyabr 2016-cı il, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 sentyabr 2016-cı il tarixli Sərəncamlarının müvafiq bəndlərində turizm və rekreasiya zonalarında Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində turizm üzrə ilk peşə-ixtisas təhsili müəssisələri (peşə məktəbləri və peşə liseyləri) yaradılması məqsədilə müvafiq torpaq sahəsinin və əmlakının ayrılması ilə bağlı tədbirlərin görülməsi nəzərdə tutulub. Qeyd edilən Sərəncamların icrası ilə əlaqədar “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin ərazisində fəaliyyət göstərən, dövlətə məxsus “Zirvə” otelinin bazasında Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində Şahdağ Regional Turizm Peşə Məktəbi yaradılması ilə bağlı müvafiq işlər həyata keçirilir. Bu məqsədlə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevin 23 dekabr 2016-cı il tarixli əmri ilə Şahdağ Regional Turizm Peşə Məktəbi ilə bağlı Komissiya yaradılıb. Təşkilati komissiyanın ilk iclası 9 yanvar 2017-ci il tarixində Azərbaycan Turizm və Menecment Universitetində keçirilmişdir. Komissiyanın üzvləri 10 yanvar 2017-ci il tarixində “Şahdağ Turizm Mərkəzi”nə səfər etmiş, müvafiq qurumun idarə heyəti ilə görüşüblər. Səfər zamanı mövcud infrastukturla tanış olmuş, zəruri kadr potensialının formalaşdırılması məsələləri hərtərəfli araşdırılır. Onu da qeyd etmək lazımdır ki, Şahdağ Regional Peşə Məktəbinə ilk şagird qəbulunu 2017/2018-ci tədris ilində mehmanxana qeydiyyatçısı, ofisiant-barmen, dağ-xizək turizm növü üzrə təlimatçı, qənnadçı-şirniyytaçı və təmizlik departamentinin işçisi ixtisasları üzrə qəbulun keçirilməsi planlaşdırılır. http://mct.gov.az |
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |