Birləşmiş Ərəb Əmirliklərinə qar yağıb20 fevral 2017 Əbu-Dabi. 20 fevral. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Ras əl-Xayma əmirliyinə qar yağıb. "Report"un Əbu-Dabiyə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, yerli sakinlər qarın əmirliyin dağlıq ərazilərinə yağdığını bildiriblər. Qeyd edək ki, bugünlərdə BƏƏ-də region üçün qeyri-adi soyuq hava müşahidə olunur. Şimaldan gələn siklon nəticəsində havanın temperaturu 10 dərəcədən çox azalıb. Eyni zamanda, bu gün Dubay və Əbu-Dabi şəhərlərində qısamüddətli yağış yağıb. |
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |