Amerika alimləri qan qrupunu müəyyənləşdirən kağız hazırlayıblar
17 mart 2017 Amerikalı tədqiqatçılar insanın qan qrupunu 30 saniyə ərzində müəyyənləşdirən xüsusi kağız hazırlayıblar. AZƏRTAC “hitech-news.ru” saytına xəbər verir ki, alimlər baş vermiş ekstremal hadisələr zamanı qan qrupunun müəyyənləşdirilməsi üzrə aparılan laborator analizlərə sərf olunan vaxt itkisinin qarşısını alan yeni metod yaratmağa müvəffəq olublar. Mütəxəssislərin fikrincə, tədqiqatçıların bu yeni kəşfi xəstənin həyatı üçün dəyərli olan vaxt itkisini əhəmiyyətli dərəcədə azaldacaq. Yeni metodun əsasını insan qanının reagentlərlə örtülmüş xüsusi vərəqlə təması təşkil edir. Kağız eritrositlərin çökmə sürətindən asılı olaraq müxtəlif rənglərə boyanır və bununla da həkimlər qanın hansı qrupa aid olduğunu müəyyənləşdirirlər. |
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |