Havadan sallanan ilk göydələn Dubayda tikiləcək20 mart 2017Dubayda dünyanın havadan sallanan ilk göydələni inşa ediləcək.Yeni layihə "Analemma Tower" adlandırılıb. Peyk hər gün cənub və şimal yarımkürələrində 8 trayektoriyası üzrə orbitdən keçəcək. Asteroid Yer orbitinə daxil olduqdan sonra yüksək keyfiyyətli kabel buraxılacaq. Kabel göydələni havadan asılı formada saxlayacaq. Göydələndə biznes-sektor, istirahət və dua etmək, namaz qılmaq üçün yer, bağçılıq və kənd təsərrüfatı mərkəzi, nəqliyyat stansiyaları fəaliyyət göstərəcək. Nəqliyyat stansiyaları göydələnə insanları və yükləri daşımaq üçün nəzərdə tutulub. Bundan başqa binada dükanlar, restoranlar və əyləncə mərkəzləri də olacaq. Yerdən 17-20 min metr yüksəklikdə nəzərdə tutulan ən hündür seksiya dəfn və dini əmanətləri üçün nəzərdə tutulub. Qüllənin ən hündür nöqtəsi yerdən 32 min metr hündürlükdə yerləşir. Bina günəş panelləri hesabına enerji ilə təmin ediləcək. Su isə filtrlər vasitəsilə buludlar və yağışlardan əldə ediləcək. |
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |