Xınalıq və Qırız kəndlərində qarın hündürlüyü 14 santimetrə çatıb, canavarlar Xınalığa hücum edib3 noyabr 2019 Quba rayonunun yüksək dağlıq ərazilərində qarın hündürlüyü 14 santimetrə çatıb. Rayonda yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildirilib ki, qar yağması ilə əlaqədar Qubanın Qırız və Xınalıq kəndlərində, həmçinin Qusarın Ləzə kəndində temperatur mənfi 10 dərəcəyədək enib. Qarın hündürlüyü Xınalıq və Qırızda 14 santimetr, Ləzə kəndində isə 10 santimetrdir. Qar səbəbindən Quba rayonunun ucqar kəndlərinə gedən yollarda avtomobillərin hərəkəti çətinləşsə də, hazırda bütün istiqamətlərdə magistrallar açıqdır. Daha təhlükəli sayılan Quba-Xınalıq yoluna Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli idarəsinin növbətçi briqadaları nəzarət edir. Yolun qarla örtülən hissəsi təmizlənib, əraziyə qum-duz qarışığı səpilib. Yerli sakinlərin, eləcə də turistlərin Xınalıq kəndinə gediş-gəlişində problem yoxdur. Yağan güclü qardan sonra ac qalan canavar sürüsü Xınalıq kəndinə girib. Kənd sakinləri bildirib ki, 7 canavardan ibarət sürü bu gecə kəndə girib. Kənd camaatı ayıq-sayıq olduğundan, sakinlərə heç bir ziyan dəyməyib. Səhər açıldıqdan sonra yırtıcılar kəndi tərk edib. |
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |