Azərbaycana 20 sm hündürlüyündə qar yağdı
2 aprel 2017 Qubanın bəzi yaşayış məntəqələrinə də qar yağıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Xınalıq kəndinə 4 sm, Qırıza 4 sm, Rükə 3 sm, Xaltana isə 1 sm qar yağıb. Qusarın Ləzə kəndi ərazisində isə qarın hündürlüyü 4 sm-dir. Bəzi ərazilərdə temperatur mənfi 5 dərəcəyə enib.
Qeyri-sabit hava şəraiti aprel ayının 4-dək davam edəcək.
Belə hava şəraiti davam edərsə, aprel ayının ilk günlərində qarın yağması xarakterik olmadığı üçün ağacların çiçək açdığı dövrdə şaxtalı hava məhsuldarlığı aşağı salacaq. Hidrometeoroloqlar qeyri-sabit hava şəraiti hələ bir neçə gün davam edəcəyini bildirirlər. Bundan başqa, Yardımlı və Astara rayonlarında da yüksək dağlıq ərazilərdə qar müşahidə olunur.
Lerik rayonunda ötən gündən yağmağa başlayan qarın hündürlüyü 20 sm-ə çatıb. "Report"un Cənub bürosunun məlumatına görə, qarın yağması nəqliyyatın hərəkətində heç bir problem yaratmayıb.
Lakin qarın yağması ilə yanaşı qeyri-adi təbiət hadisəsinin də baş verdiyi bildirilir.
Rayonun Orand kənd bələdiyyəsinin sədri Hamil Mustafayevin açıqlamasında həyətinə yağan qarın üzərində soxulcanlar müşahidə etdiyini bildirib:
"Səhər yaxşı qar yağmışdı. Birdən həyətdə diqqətimi qarın üzərindəki qırmızı ləkələr cəlb etdi. Yaxına gedib baxanda təəccübləndim. Bunlar torpaqda olan soxulcanlar idi. Fikirləşdim ki, yəqin hardasa külək gölün suyunu göyə sovurub. Sonra tanışlarıma zəng etdim. Bildiyimə görə, Nuravud kəndində də belə bir hal müşahidə olunub".
|
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |