AXC-nin elan olunduğu bina təmir ediləcək
12 fevral 2021-ci il
Gürcüstanın paytaxtı Tbilisinin Şota Rustaveli prospektində yerləşən və tarixi hadisələrə şahidlik edən bina təmir olunacaq. 1918-ci ildə aprelin 22-dən mayın 26-dək Zaqafqaziya Federasiyası (Zaqafqaziya Demokratik Federativ Respublikası) parlamentinin yerləşdiyi binada Azərbaycan Milli Şurası tərəfindən İstiqlal bəyannaməsi qəbul edilib və Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı elan olunub. Tarixi bina həmçinin Gürcüstanın müstəqillik bəyannaməsinə şahidlik edib. Tbilisi şəhərinin meri Kaxa Kaladze bildirib ki, Ş.Rustaveli 6 ünvanında yerləşən və hazırda Gənclər Sarayının yerləşdiyi bina bərbad vəziyyətdədir və əsaslı təmirə ehtiyacı var. Onun sözlərinə görə, bərpa və yenidənqurma işlərini Tbilisi İnkişaf Fondu həyata keçirəcək. Təmir-bərpa işləri bir neçə il davam edəcək. Mer deyib ki, tikili mədəni irs nümunəsidir və bütün işlər xüsusi diqqətlə aparılacaq. Bərpa və yenidənqurma işlərinin ümumi dəyəri 33 milyon 700 min lari təşkil edir. Binanın fasadı, interyeri, damörtüyü, həyəti də yenilənəcək və bütün işlərin 2023-cü ilin ortalarında başa çatdırılması nəzərdə tutulub. Qeyd edək ki, binada təmir-bərpa ilə bağlı tender ötən ilin martında elan olunmuşdu və işlərin 2021-ci ildə yekunlaşlacağı bildirilmişdi. Lakin pandemiya səbəbindən bir müddət təxirə salınan işlər bu il başlanacaq. http://medeniyyet.az/ |
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |