BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Bakıda Rəqəmsal Qazax Kitabxanası

Bakıda Rəqəmsal Qazax Kitabxanası

5 avqust 2022-ci il

 

Diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunması çərçivəsində 17 iyunda Qazaxıstan Səfirliyi tərəfindən Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxana ilə birgə qazax qələm ustaların Azərbaycan dilində olan əsərlərdən ibarət Rəqəmsal Kitabxanasının təqdimatı keçirilib.

Tədbirdə Yazıçılar Birliyinin katibi, Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayev, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva, “Azərbaycan-Qazaxıstan” Respublika Dostluq Cəmiyyətinin Prezidenti Eldar Günaydın, Azərbaycanın ədəbiyyat və ziyalı dairələrin görkəmli nümayəndələri iştirak edib.

İki ölkə arasında uzunmüddətli əməkdaşlığı nəticəsində əsərləri vaxtılə Azərbaycan dilinə tərcümə edilmiş və bu yaxınlarda Səfirliyinin təşəbbüsü ilə rəqəmsallaşdırılmış qazax mütəfəkkirlərin, yazıçıların və şairlərin zəngin kitab fondu yaradılıb. Bunlar Abayın, Jambıl Jabayevin, Maqjan Jumabayevin, Muxtar Auezovun, Kalijan Bekxojinin, Saparqali Beqalinin, Kadır Mırzaliyevin, Oljas Suleymenovun, Rollan Seysenbayevin, Muxtar Şaxanovun, Sabit Dosanovun, Nemət Kelimbetovun, Joltay Jumatın, Şerxan Murtazın, Qalım Mutanovun, Berik Şaxanovun, Kazıbek Şaxanovun, Baxıtjan Kanapyanovun və Ulıkbek Yesdauletin əsərləridir. Rəqəmsal Kitabxanaya Jambıl Jabayevin 1939-cu ildə yazılmış “Layla” əsərindən tutmuş, müasir yazıçıların əsərlərinə qədər 50 elektron versiya daxil edilib.

Rəqəmsallaşdırılmış əsərlər arasında Füruzə Ağayeva, Fatimə Dursunova, Aida Eyvazova, Elxan Zal Qaraxanlı, Akif Əhmədli, İbrahim İlyaslı, Ramiz Əsgərov, Elman Quliyev, Teymur Turan, Nizami Məmmədov-Tağısoy, Nəriman Əbdülrəhmanlı və digər azərbaycanlı şairlər və yazıçı-tərcüməçilər tərəfindən edilmiş tərcümələr mövcuddur.

Qazaxıstanın Səfiri Serjan Abdıkarimov çıxışında bu cür layihələrin həyata keçirilməsi yolu ilə möhkəmlənməkdə davam edən iki qardaş ölkənin və xalqların tarixən sıx mədəni-humanitar, ədəbi və insani əlaqələrini qeyd edib. İnformasiya məkanında açılan Rəqəmsal Kitabxananın yaradılması onu həqiqətən də xalq kitabxanasına çevirir, hamıya əlçatan edir. O, bu elektron resursun iki türk xalqının bugünkü və gələcək nəsillərinin qarşılıqlı mədəni zənginləşməsini və mənəvi cəhətdən yaxınlaşmasını gücləndirəcəyinə ümidvar olduğunu bildirdi.

Kitabxananın direktoru Kərim Tahirov isə öz növbəsində qazax yazıçılarının əsərlərinin rəqəmsal formata köçürülməsi və gələcək nəsillərə ötürülməsi yolu ilə qorunub saxlanılmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, elektron kitabxanalar rəqəmsallaşdırılması və yüksək texnologiyalar dövründə oxucular arasında açıq çıxışa, vaxta və vəsaitə qənaət edilməsinə görə böyük populyarlıq qazanıb. “Bölgələrdə olan oxucularının heç də hamısının Bakı şəhərinin kitabxanalarına uzaqda olduğuna görə daxil olmaq imkanına malik deyillər. Elektron kitablar təkcə təhsil və asudə vaxtı zamanı rahatlıq deyil, həm də öz şərhlərini onlayn şəkildə bölüşmək imkanını verir”, – deyə o vurğulayıb.

Təqdimat mərasimində çıxış edən iştirakçılar Qazaxıstanla çoxillik əməkdaşlıqdan söz açdılar, qarşılıqlı anlaşmanın və dostluğun möhkəmlənməsinə, qazax ədəbiyyatının Azərbaycanda tanıdılmasına və iki qardaş xalqın birliyinə yönələn bu humanitar-tədris layihəsinin yüksək önəm və innovativlik daşıdığını qeyd etdilər.

Qazaxıstanın Bakıdakı Səfirliyinin saytında “Faydalı materiallar” bölməsində “Elektron kitabxana” adlı Azərbaycan dilində olan tematik blok mövcuddur. Bu yaxınlarda kitabxana, həm də M.F.Axundov adına Azərbaycan Milli Kitabxananın saytında da əlçatan olacaq.

www.gov.kz

 

скачать dle 10.4 UTF-8Forex для начинающих