BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Xınalıq və haput dili dərslikləri çap olunacaq

Xınalıq və haput dili dərslikləri çap olunacaq

23 mart 2023-cü il

 

Hazırda I-IV siniflər üçün "Talış dili", "Saxur dili, "Xınalıq dili" və I sinif üçün "Haput dili" dərslik komplektlərinin çapı üzrə işlər aparılır.

Bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilib.

Hesabatda qeyd olunub ki, 2022-2023-cü tədris ilinə I-XI siniflər üçün 21,7 min nüsxə Azərbaycan dili və Ədəbiyyat dərslikləri Gürcüstanın tədris Azərbaycan dilində olan ümumtəhsil məktəblərində təhsil alan şagirdlərə çatdırılıb. Eyni zamanda ölkəmizdə tədris gürcü dilində olan məktəblərin tələbatına əsasən Gürcüstan Elm və Təhsil Nazirliyindən daxil olmuş 1,5 min nüsxə dərslik tədris gürcü dilində olan məktəblərin şagirdlərinin istifadəsinə verilib.

Ümumtəhsil müəssisələrinin I-IV sinifləri üçün "Azsaylı xalqların dili" fənni üzrə dərslik komplektləri hazırlanıb.

Məzmun islahatları çərçivəsində 6 fənn üzrə ("Riyaziyyat" I-XI, "Hayat bilgisi I-IV, "Təbiət" V-VI, "Fizika" VII-XI, "Kimya" VII-XI, "Biologiya" VII-XII) kurikulumlar təkmilləşdirilib və ya yeni hazırlanıb. Eyni zamanda 4 fənn üzrə ("Azərbaycan dili" I-XI, "Ədəbiyyat" V-XI, "Ingilis dili" I-XI, "Coğrafiya" VI-XI) kurikulumlarm təkmilləşdirilməsinə başlanmışdır. Təmayüllü 10-cu va 11-ci siniflər üçün profil fənn kurikulumları hazırlanıb, təsdiq edilib və 2022/2023-cü tədris ilində tətbiqinə başlanıb.

 

P.S. Şahdağ xalqlarının dillərinin tədrisi ilə bağlı daha bir yarı-yarımçıq cəhd. Əgər indiyədək Quba Dağıstanında yalnız Xınalıq dilində ibtidai tədris aparılırdısa, illərdən sonra buraya Haput dili də əlavə edilib. Görəsən digər beş Şahdağ xalqının uşaqlarının da bu xoşbəxtliyə nail olmaları üçün toplam neçə il lazımdır?! Daha bir məqam: Yeddi Şahdağ xalqının vətəni olan hər bir kənd tarixən düzən yerlərdə 30-35 kənd yaradıb ki, bu da toplam təqribən 300 kənd və oba deməkdir. Bəs həmin yaşayış məntəqələrində etnik qrup nümayəndələrinin dillərində ibtidai siniflərdə dərslərə nə vaxt start veriləcək? Bəlkə işə Şahdağ xalqları üçün ortaq əlifbanın yaradılmasından başlayaq...     

скачать dle 10.4 UTF-8Forex для начинающих