ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
» » Şəhid zenitçinin doğum günü anıldı

Şəhid zenitçinin doğum günü anıldı

 

9 oktyabr 2019-cu ildə Xaçmaz şəhərinin cənub civarındakı Qaraqurdlu kənd məzarlığında uyuyan Qarabağ müharibəsi şəhidlərindən biri – 3 may 1993-cü ildə Kəlbəcərdəki məşhur Ömər aşırımının düşməndən azad edlməsi zamanı şəhid olmuş Arif Sərkar oğlu Səlimovun məzarı onun 48-ci doğum günündə yaxınları və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən ziyarət edilib.

 

 

Şahdağ xalqarından Buduqluların – Budadların nümayəndəsi olan Arif Səlimovun Xaçmaz şəhər 2 saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi olmuş el ağsaqqalı və din xadimi Seyfəlmülk Zeynalov, rayon hərbi komissarlığının təmsilçisi Fazil Əhmədov, şəhidin dayısı Almaz Həsənov, qardaşı Şövkət Səlimov, rayon ictimaiyyətinin nümayəndələri Bəhruz Mustafayev, Arif İmamov, Araz Teymurxanlı və digərlərinin qatıldığı anım mərasimində şəhid döyüşçünün yenilənmiş məzarüstü abidəsi üzərində Azərbaycan bayrağı qaldırılıb, Qurani-Kərimdən surə oxunub, dualar edilib.

 

 

Dövlət başçısının bütün şəhid ailələrinə ayırdığı birdəfəlik yardım hesabına mərmərdən qurulmuş məzarüstü abidənin müəllifi olan istedadlı rəssam-həkkak Bəhruz Kərimovun əməyi yüksək qiymətləndirilib, döyüşçünün məzarının ətrafının abadlaşdırılması təqdir edilib.

 

 

Xatırladaq ki, 1971-ci il doğumlu Arif Səlimov sovet ordusu sıralarında əvvəlcə ovaxtkı Leninqradda və Həştərxanda aviasiya hissələrində qulluq edib, Azərbaycanın müstəqilliyi elan olunduqdan sonra isə hərbi xidmətini Ağdamda artilleriya döyüş sursatı təchizatçısı-sürücü kimi davam etdirərək bitirib. 

Növbəti çağırışda zenit-raket kompleksi quraşdırılmış avtomobildə atıcı kimi xidmət edən Arif Səlimov elə bu maşında düşmən minasına düşərək əbədiyyətə qovuşub.

Shahdagpeoples.az

 

 

 

скачать dle 10.4 UTF-8Forex для начинающих