BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Xudatdan Şahdağa dəmir yolu çəkiləcək

Xudatdan Şahdağa dəmir yolu çəkiləcək

 

Son illərdə Azərbaycan dövlətinin başçısı cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə bütövlükdə Azərbaycanda olduğu kimi zəngin təbiətə və qədim tarixi keçmişə malik Quba-Xaçmaz bölgəsində də turizm obyektlərinin sayı artır. Tez-tez respublika mətbuatında bu regionda hansısa yeni obyektin işə başlaması və yaxud fəaliyyətinin genişləndirilməsi ilə bağlı xəbərlər yayımlanır. Belə sevindirici məlumatlardan biri ötən ilin sonunda verildi: "Şahdağa gedəcək yeni qatar yolunun layihələndirilməsinə başlanılıb". Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov 17 dekabr 2019-cu ildə Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında dedi.

O bildirdi ki, Bakı-Rusiya sərhədində olan yola Asiya Bankından kredit ayrılıb: "Türkiyə və Qazaxıstanın şirkətləri işləri bərabər görəcək.

Deyildi ki, həmçinin Bakıdan Lənkərana gedəcək dəmir yolunun salınması üçün torpaq alınması prosesləri də başa çatdırılıb. Lənkəranda dəmir yolu dəniz kənarından çıxarılaraq yeni sahədən geçəcək. Lənkərana olan yolun iki xəttə keçirilməsi üçün layihələndirmə işləri aparılıb. Maliyyə işi həll olunandan sonra 2021-ci ildən sonra işlərin başlanması planlaşdırılır. Latviya şirkəti ilə dizel lokomotivlərin təmiri üçün müqavilə bağlanılıb".

 

Bu istiqamətdə növbəti sevindirici xəbərləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev verdi. O bildirdi: “Gəncə-Gürcüstan sərhədi dəmir yolunun sürətinin artırılması nəzərdə tutulur. Bakı-Gəncə dəmir yolunun çəkilişi tamamilə başa çatıb. Mən o vaxt Gəncədə olarkən söz vermişdim ki, bu, təmin ediləcək. Elə də oldu. İndi çox rahat, sürətli qatarla Bakıdan Gəncə şəhərinə getmək olar. İndi sərhədə qədər bu dəmir yolunun bərpası başa çatdırılmalıdır”. Bu sözləri Prezident İlham Əliyev 4 fevral 2020-ci ildə keçirilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda deyib.

Dövlətimizin başçısı bildirib ki, Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Yalama dəmir yolunun yenidən qurulması da gündəlikdədir: “Bununla yanaşı, Xudatdan Şahdağa dəmir yolunun çəkilişi nəzərdə tutulur. Şahdağ dağ-xizək kurortu indi nəinki MDB məkanında, dünyada tanınır. Bunun ikinci mərhələsi işə düşəndən sonra maraq daha da artıbdır. Ona görə mütləq bu kurorta dəmir yolu çəkilməlidir. Bu, həm bölgədə yaşayan vətəndaşlara, xarici qonaqlara və Bakı sakinlərinə rahatlıq gətirəcəkdir. Artıq müvafiq Sərəncam da verilib və vəsait də ayrılıb”.

Shahdagpeoples.az

скачать dle 10.4 UTF-8Forex для начинающих