ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
» » Şəhid kəşfiyyatçı Elməddin Alxaslının döyüş yolu

Şəhid kəşfiyyatçı Elməddin Alxaslının döyüş yolu

 

1 fevral 2021-ci il

 

Xaçmazın Qaradağ buduq kəndindən olan şəhid gizir Elməddin Alxaslı Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılıb. Əsgərlik vaxtı Murov silsiləsindəki döyüş mövqelərində xidmət edən Elməddin sərrast atıcı kimi tanınırdı. Artıq altı ildən çox idi ki, müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi çalışırdı.

26 yaşlı Elməddin həm cənub həm də şimal cəbhələrində döyüşərək düşmənə qan uddurub. Döyüşlərə Cəbrayıl, Füzuli istiqamətindən başlayan qəhrəman kəşfiyyatçı daha sonra Suqovuşanın azad olunması uğrunda əməliyyatlara cəlb edilib.

скачать dle 10.4 UTF-8Forex для начинающих