BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Bakıdan Nabrana dənizlə sərnişinlərin daşınması

Bakıdan Nabrana dənizlə sərnişinlərin daşınması

16 iyun 2023-cü il

 

Bakıdan rayonlara dənizlə sərnişin daşınması təklif olunub. Bu barədə ShimalNews 16 iyun tarixində məlumat verir.

Bu gün Milli Məclisin növbədənkənar iclası keçirilib. Deputat Rüfət Quliyev fikirlərini açıqlayıb:

“Bizim imkanımız var ki, sərnişindaşımada dənizdən istifadə edək”.

Millət vəkili əlavə edib ki, imkan varsa, Bakıdan Lənkəran, Sumqayıt, Nabran istiqamətində bunu edə bilərik. Vaxtilə, 15-17 il öncə belə bir sistem var idi.

Shahdagpeoples.az: Ona qalsa, ötən əsrin 60-cı illərinə qədər Bakı bulvarından qarşı tərəfdə - Əhmədliyə, Zığa və b. yerlərə sərnişin daşıyan böyük qayıqlar da vardı və əhali arasında çox populyarlıq qazanmışdı. Bir çox yaxşı ənənələr kimi indi bu sərnişindaşıma xətti də unudulub və ya "unudulub". Bəlkə əvvəlcə bu marşrutu bərpa edək və ardınca da dərhal digər marşrutlara keçək... 

скачать dle 10.4 UTF-8Forex для начинающих