Vüqar Camalzadənin Daşkənd uğuru
24 iyun 2023-cü il
Bəstəkar Əməkdar artist, dosent Vüqar Camalzadə yeni uğura imza atıb. Belə ki, sənətçi Özbəkistan Dövlət Konservatoriyasının (ÖDK) dəvəti ilə paytaxt Daşkənddə xalq çalğı alətləri ifaçıları ixtisası üzrə bakalavr və magistr buraxılış kurslarının dövlət imtahan komissiyasının sədri qismində çıxış edib. Bu onun deyilən keyfiyyətdə ilk işi olsa da, nəticə ürəkaçandır. Cəmi yüz məzundan imtahan götürən bəstəkar gənclərin bilik səviyyəsi və istedadını yüksək qiymətləndirib. Həmyerlimizin işindən razı qalan ÖDK rəhbərliyi gələcəkdə də əməkdaşlıq təklifini irəli sürüb. Vüqar Camalzadəyə diplom və xatirə hədiyyələri bağışlanıb. O, Daşkəndlə yanaşı Səmərqəndə də səfər edib, qədim şəhərin gəzməli-görməli yerləri ilə tanış olub.
|
Bizim
seçim
|
|
Lətafət BeybutovaQuba Soyqırımı Memorial Kompleksinin şöbə müdiri... Şahdağ dil qrupuna aid xalqlar İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |
















