BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Kəlağayımız sərgidə nümayiş ediləcək

Kəlağayımız sərgidə nümayiş ediləcək

22 uyul 2023-cü il

 

Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) sərgisində Basqal kəndinin kəlağayıları təqdim ediləcək. Bu barədə ShimalNews 22 iyul tarixində Azərtac-a istinadən məlumat verir.

MATM yeni ekspozisiyasında kəlağayıya aid vitrin nümayiş etdirəcək. Burada İsmayıllı ilə yanaşı, Şəki, Şamaxı və Naxçıvan da iştirak edəcək.

Kəlağayı Azərbaycan qadınının həyatında təkcə baş örtüyü deyil. O həm də ismət, sevgi rəmzidir. Azərbaycanda bu örtüyün ilk istehsal ünvanı İsmayıllı sayılır.

 

***

24 iyul 2023-cü il

 

İsmayıllı rayonunun Basqal qəsəbəsində “Azərbaycan kəlağayısı min illərin yadigarı” kitabının təqdimatı keçiriləcək. Bu barədə ShimalNews 24 iyul tarixində məlumat verir.

Tədbir 26 iyul saat 12:00-da Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin və İsmayıllı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Əlavə məlumat üçün nömrə: 051-622-51-13.

скачать dle 10.4 UTF-8Forex для начинающих