BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » AMEA-nın prezidenti Qubada olub

AMEA-nın prezidenti Qubada olub

7 may 2024-cü il

 

AMEA-nın prezidenti İsa Həbibbəyli Quba Regional Elmi Mərkəzini ziyarət edib. Bu haqda ShimalNews 6 may tarixində “Azərtac”a  istinadən məlumat verir.

Akademik səfər çərçivəsində mərkəzin iş şəraiti ilə tanış olub və gələcək fəaliyyəti İlə bağlı tövsiyələrini verib. Kollektivlə görüşdə AMEA-da həyata keçirilən və nəzərdə tutulan genişmiqyaslı tədbirlər, nəşr edilən kitablar barədə məlumat verən akademik İsa Həbibbəyli qarşıda duran vəzifələr barədə danışıb.

Sonra İsa Həbibbəylinin iştirakı ilə Quba Regional Elmi Mərkəzinin Kitabxanasının (MEK) açılışı olub. AMEA-nın Mərkəzi Elmi Kitabxanası tərəfindən təqdim olunmuş kitablar vasitəsilə Mərkəzin Kitabxanasının ilkin bazası formalaşdırılıb.

 

 

скачать dle 10.4 UTF-8Forex для начинающих