BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Qırmızı qəsəbə - yeni turizm marşrutu

Qırmızı qəsəbə - yeni turizm marşrutu

1 iyun 2024-cü il 

 

Şimal bölgəsinin, xüsusi ilə tarixi və mədəniyyəti ilə seçilən Qırmızı qəsəbənin xüsusi əhəmiyyət kəsb etdiyinə görə turizm marşrutu olaraq təbliği müzakirə edilib. Bu barədə ShimalNews 31 may tarixində məlumat verir.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının idarə heyətinin sədri Göydəniz Qəhrəmanov və Dağ Yəhudilərinin İrsi Mərkəzinin direktoru İqor Şaulov işgüzar görüş keçiriblər.

Bildirilib ki, şimal bölgəsi əhəmiyyətli istiqamətlərdən biri olduğu üçün yanvar-aprel ayları ərzində ölkəyə səfər edən əcnəbi qonaqların sayı 39% artıb. Yay mövsümündə də Azərbaycana səfərlərin sayının və artım dinamikasının yüksələcəyi vurğulanıb.

İqor Şaulov bu il Qırmızı qəsəbənin yaradılmasının 290 illiyi qeyd ediləcəyini, bununla əlaqədar olaraq bir sıra tədbirlərin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

скачать dle 10.4 UTF-8Forex для начинающих