Böyük Vətən müharibəsinin son veteranı vəfat edib16 avqust 2024-cü il
Xaçmaz rayonunun ən uzun ömürlü sakini dünyasını dəyişib. Bu haqda ShimalNews 16 avqust tarixində “Bizim.Media”ya istinadən məlumat verir. Yenicə 100 yaşı tamam olmuş Məhəmməd Məmmədov bu gün səhər saatlarında əbədiyyətə qovuşub. Mərhumun gəlini Arzu Məmmədova bildirib ki, ağsaqqal son həftə özünü pis hiss edib. Aşağı Zeyid kəndində yaşayan Məmmədov Xaçmazın yeganə sağ qalan Böyük Vətən müharibəsi veteranı idi. Onun 5 övladı, 23 nəvəsi, 5 nəticəsi, 2 kötükcəsi var. |
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |