BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Avropanın ən yaşlı qadını öldü - 116 İL ƏRZİNDƏ 3 QAYDAYA ƏMƏL EDİB

Avropanın ən yaşlı qadını öldü - 116 İL ƏRZİNDƏ 3 QAYDAYA ƏMƏL EDİB

19 iyun 2019

 

Avropanın ən yaşlı qadın sakini Cuzeppina Robuççi İtaliyada dünyasını dəyişib.

 Cuzeppina Robuççi 116 yaşında həyatla vidalaşıb. İtalyan qadın valideynlərinin Poco-İmperialedəki evində gözlərini əbədi yumub.
Medicina.az
 xəbər verir ki, Cuzeppina Robuççi həmin şəhərin fəxri meri sayılırdı. O, bu ada 2012-ci ildə bu layiq görülüb.

Robuççi həm də dünyanın ən yaşlı ikinci qadını idi. Yapon Kane Tanaka kimi o da 1903-cü ildə doğulmuşdu. Sadəcə, Tanaka yanvarın 2-də, Robuççi isə martın 20-də dünyaya gəlib.
Poco-İmperialenin meri Alfonso D’Aloizio deyir: "Təəssüf içindəyik. Biz belə bir insanın şəhərimizdə yaşaması ilə fəxr edirik”.

Cuzeppina hər iki dünya müharibəsini görmüşdü. O, uzun illər əri ilə birlikdə trattoriyada işləyib. Cuzeppinanın 5 övladı, 9 nəvəsi, 16 nəticəsi qalıb.
 
Robuççi ömrü boyu üç sadə qaydaya əməl edib. O, uzunömürlülüyün sirrini sağlam qidalanmada, Allaha inamda və alkoqoldan imtina etməkdə görürdü.
C. Robbuçi 1903-cü il martın 20-də anadan olub. Onun 5 övladı, 9 nəvəsi və 16 nəticəsi var. Cuzeppinanın həyat yoldaşı 1985-ci ildə dünyasını dəyişib.
medicina.az
скачать dle 10.4 UTF-8Forex для начинающих