Talıstan kəndi seldən qorunur10 oktyabr 2024-cü il
İsmayıllı rayonu ərazisində körpü və keçidlər möhkəmləndirilib. Bu tədbirlər çərçivəsində Talıstan kəndinin sel sularından qorunması istiqamətində işlər görülüb. Shimal.News xəbər verir ki, işlər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən Talıstan kəndi ərazisindən axan Talıstançay üzərində yerləşən körpü və keçidlərin dayaq hissələrinin sel sularından qorunması məqsədi ilə keçirilib. Bununla yanaşı cari ildə çaylarda baş vermiş daşqın nəticəsində yararsız vəziyyətə düşmüş sahil-mühafizə bəndlərinin bərpası istiqamətində işlər davam etdirilir.
|
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |