Xaçmazın Şəxsiyyətlər parkı yeniləndi27 mart 2025-ci il
Novruz bayramı ərəfəsində Xaçmaz şəhəri, Heydər Əliyev prospektində yerləşən Şəxsiyyətlər parkı yenilənib. Shimal.News xəbər verir ki, yenilənən Şəxsiyyətlər parkının funksionallığı artırılaraq sakinlərin rahat və mənalı istirahəti təmin olunub. Parkda yeni dekorativ ağac və gül kolları əkilib, oturacaqlar qoyulub. Ərazidə avtomobillərin rahat və təhlükəsiz hərəkəti üçün asfalt örtük vurulub, velosiped həvəskarları üçün xüsusi zolaqlar ayrılıb, piyada keçidləri salınıb. Müasir dizayn əsasında yenilənən istirahət məkanının gecə işıqlandırma sistemi Xaçmaz sakinlərinin və şəhərə gələn qonaqların könlünə oxşayacaq. Parkın mərkəzindən keçən avtomobil yolunun bərpa edilməsi isə sürücülər Heydər Əliyev prospekti ilə birbaşa hərəkət etməsinə imkan yaradır. |
Bizim
seçim
|
Lətafət BeybutovaQuba Soyqırımı Memorial Kompleksinin şöbə müdiri... Şahdağ dil qrupuna aid xalqlar İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |