
30 mart 2025-ci il
İllərdir baxımsız qalan V-VI əsrlərə aid olan Xaçmazın Alban kilsəsini seyr etmək sözün əsl mənasında müşkülə çevrilib.
Bu barədə Shimal.News-a yerli sakinlər bildiriblər. Sakinlər yazır ki, abidənin ərazisi üç tərəfdən fərdi yaşayış evləri ilə əhatə olunub, yol tərəfi isə hasarlanıb. Bu səbəbdən kilsəyə gedən yol tamamilə labirintə çevrilib. Tikilinin həyətinə daxil olmaq üçün qonşunun qapısını döymək və onun icazəsi ilə digər qapıdan keçmək lazımdır. Bu isə çox vaxt mümkün olmur.
Abidənin ərazisinin eks-icra başçısı Şəmsəddin Xanbabayevin Xaçmaz rayonuna rəhbərlik etdiyi dövrdə satıldığı iddia edilir. Ərazidə qanunsuz tikinti işləri aparılsa da, yarımçıq dayandırılıb. Lakin abidənin həyətinə giriş-çıxış bu günə qədər bərpa edilməyib: “Abidə isə baxımsızlıqdan uçulub-dağılır, tarixi izlər məhv edilir” – deyə yerli sakinlər redaksiyamıza yazıblar.
Qeyd edək ki, bu məbəd xristianlığın ən qədim 30 kilsəsindən biri hesab edilir.
Kilsənin bünövrəsi Qafqaz Albaniyasının zamanında qoyulub. Qafqaz Albaniyasının hökmdarı III Vaçaqan 498-ci ildə Aquen kilsə məclisini çağırtdırır. Bu hadisədən sonra xristian dinini yaymaq üçün ölkə ərazisində kilsələrin tikintisinə başlanılır. Həmin vaxt inşa olunan ilk kilsələrdən biri məhz bu məbəd olub.
XIX əsrdə kilsədə yenidənqurma işləri aparılıb və tikili şərq memarlıq üslubunda inşa olunub. Məbəd kərpicdən tikilib və hündürlüyü 15 metr təşkil edir. Kilsə bir zaldan və səkkiz hücrədən ibarətdir. Məbəd yerli əhəmiyyətli memarlıq abidəsi hesab edilir.
скачать dle 10.4 UTF-8Forex для начинающих