Qubada Şəhidlər Xiyabanı yenidən qurulur
31 avqust 2025-ci il
Quba şəhərindəki Şəhidlər Xiyabanı əsaslı şəkildə təmir olunur. Rayon ictimaiyyətinin ən çox ziyarət etdiyi müqəddəs məkanlardan biri olan xiyabanda abadlıq və yenidənqurma işlərinə start verilib. Shimal.News məlumat verir ki, təmir çərçivəsində xiyabanın ərazisi tam yenilənəcək. Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi şəhidlərinin büstləri vurulacaq. Giriş qapısı, ziyarətçilər üçün nəzərdə tutulan sahələr və işıqlanma sistemi də müasir tələblərə uyğun qurulacaq. Təmirin 27 sentyabr – Anım Gününə qədər yekunlaşdırılması planlaşdırılır. Məqsəd şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və ziyarət üçün daha yaxşı şəraitin yaradılmasıdır.
|
Bizim
seçim
|
|
Lətafət BeybutovaQuba Soyqırımı Memorial Kompleksinin şöbə müdiri... Şahdağ dil qrupuna aid xalqlar İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |













