BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Ortopediyada inqilab edən qusarlı həkim

Ortopediyada inqilab edən qusarlı həkim

8 sentyabr 2025-ci il

 

Qavril Abramoviç İlizarov 15 iyun 1921-ci ildə Polşada (indiki Belarus ərazisində) yəhudi ailəsində dünyaya gəlib.

Qavril 7 yaşında olarkən ailəsi ilə birlikdə ata yurduna – Qusar rayonuna köçüblər. Onun atası Abram burada yaşayan dağ yəhudilərindən olub.

İmkanlarının məhdudluğu səbəbindən təhsilinə 11 yaşında başlayan Qavril Abramoviç tibb təhsili aldıqdan sonra Sibirin Kurgan şəhərində fəaliyyətə başlayıb. Həmin bölgədə ondan başqa ortoped olmadığı üçün müxtəlif ortopedik xəstəliklərin müalicəsi ilə məşğul olub.

1950-ci illərdə ortopediyada inqilabi yenilik sayılan bir anlayışı ortaya qoyub. Onun ixtira etdiyi İlizarov aparatı sınıqların və skelet sistemi problemlərinin müalicəsində ən effektiv vasitələrdən biri hesab olunub. İnkişaf etdirdiyi bu metodla əvvəllər müalicəsi mümkün olmayan bir çox xəstəlik uğurla sağaldılıb. On il ərzində üzərində işlədiyi bu ixtira uzun müddət yalnız Sovet İttifaqında tətbiq olunub.

1960-70-ci illərdə Avropa, ABŞ və Asiya ölkələrindən olan həkimlər artıq qusarlı həkimin ixtirasından faydalanmağa başlayıblar.

Bir çox ali dövlət mükafatları ilə təltif olunan Qavril İlizarov 1992-ci ildə, 71 yaşında vəfat edib.

Onu da qeyd edək ki, 2021-ci ildə onun 100 illiyi münasibəti ilə Qusar şəhərində İlizarov aparatına abidə ucaldılıb.

Qavriil İlizarovun sonuncu dəfə Qusara 1987-ci ildə gəlib, Qusar rayon mərkəzi xəstəxanasında xəstələrlə görüşüb.

Tolerant Azərbaycanın şimalında - Qusarda doğulmuş 100 yaşlı  Qavriil İlizarov daim xatirələrdə yaşayır. Həm tələbələrinin, sağaltdığı xəstələrinin, həm dünya tibb ictimaiyyətinin xatirələrində yaşayan akademik Qavriil Abramoviç İlizarov kəşf etdiyi və özündən sonra qoyub getdiyi orijinal kompressiya-distraksiya aparatı ilə vətəni Azərbaycanda Qarabağ savaşı qazilərimizə də şəfa tapmaqda kömək etdi. Ruhu şad olsun!

 

Shimal.News/Modern.az

 

скачать dle 10.4 UTF-8Forex для начинающих