BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Quba-Xaçmaz yolunda maneə aradan qaldırılıb

Quba-Xaçmaz yolunda maneə aradan qaldırılıb

2 iyun 2026-cı il

 

Quba-Xaçmaz yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində böyük çinar ağacı yolun hərəkət hissəsinə aşıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, böyük diametrli ağacın Yergüc kəndi ərazisində yola aşması ilə əlaqədar Quba-Xaçmaz yolunda avtomobillərin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq edilib. Hadisə zamanı xəsarət alan olmayıb.

Əraziyə dövlət yol polisi əməkdaşları və müvafiq dövlət qurumlarının nümayəndələri cəlb ediliblər. Çinar ağacı yolun hərəkət hissəsindən kənarlaşdırılaraq avtomobillərin hərəkəti bərpa edilib.

скачать dle 10.4 UTF-8Forex для начинающих