BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Qubanın yüksək dağ kəndində fərqli yaşam

Qubanın yüksək dağ kəndində fərqli yaşam

2 iyun 2026-cı il

 

Quba rayonunun yüksək dağlıq ərazisində yerləşən Buduq kəndi özünəməxsus memarlığı, dili və həyat tərzi ilə diqqət çəkir.

Rayon mərkəzindən 64 kilometr aralıda, dəniz səviyyəsindən təxminən 2200 metr yüksəklikdə yerləşən kənddə evlər əsasən yonulmuş daşlardan tikilib. Sərt iqlim şəraitinə baxmayaraq, sakinlər uzun illərdir əsas dolanışıqlarını heyvandarlıq hesabına təmin edirlər.

Buduq kəndində maldarlıq və qoyunçuluq bu gün də əsas məşğuliyyət sahələri olaraq qalır. Yaz və yay aylarında heyvanlar dağ otlaqlarında saxlanılır, payız mövsümündə isə satışa çıxarılır.

Kəndin maraqlı xüsusiyyətlərindən biri də burada yaşayan insanların özünəməxsus dilə malik olmasıdır. Buduqlular gündəlik ünsiyyətdə əsasən bu dildən istifadə edirlər.

Sərt təbiət şəraiti, qədim yaşayış ənənələri və fərqli mədəni xüsusiyyətləri ilə Buduq kəndi Qubanın ən maraqlı yaşayış məntəqələrindən biri hesab olunur.

Ətraflı "Xəzər Xəbər"in videosunda: 

https://shimal.news/cemiyyet/qubanin-yuksek-dag-kendinde-ferqli-heyat-terzi-video

 

скачать dle 10.4 UTF-8Forex для начинающих