BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Buduqda 60 hektarda qədim qəbirlər var

Buduqda 60 hektarda qədim qəbirlər var

31 iyul 2023-cü il

 

Bu gün Qubanın təxminən 30 ailə yaşayan kəndinin ətrafında 60 hektara yaxın qəbiristanlıq əraziləri var. ShimalNews Buduq kəndi haqqında oxucuları üçün məlumat toplayıb.

Yaşlı nəslin bildirdiyinə görə, bu kəndin sakinləri öncədən çox sayda olublar. Müasir dövrdə isə sosial-iqtisadi şəraitlə əlaqədar insanların çox hissəsi kəndi tərk ediblər.

Burada bir neçə, hətta 7 mərtəbəli qəbirlər var. Hər dəfə torpaq sürüşmələri və uçurumlar olanda məzarların üstü açılır və onların daxilində sümük və saçlar olduğu görünür. Onların üzərindəki daşlarda alban yazıları, qədim və şah dövrlərinə aid nişanlar var. Əksər qəbirlərin qibləyə istiqamətlənmədiyi iddia olunur.

Buduqlular tarixən nəsillərə, böyük və kiçik ailə birliklərinə bölünüblər və indi də həmin nəsillərin adı ilə tanınırlar. Kəndin qəbiristanlığında hər bir nəslin öz yeri olub. Eləcə də vəfat edənləri adətə uyğun, ailə üzvləri öz həyətlərində basdırıblar.

Bu günədək kəndin tarixini tam araşdırıb ərsəyə gətirən olmayıb. Lakin əslən Buduqdan olan tarixçi və şair Cəlaləddin Budatoğlu deyir ki, kəndin tarixi bizim eradan əvvələ gedib çıxır. O, müstəqil tədqiqatını aparıb və buranın əhalisinin ən qədim Oğuz türklərindən olduğunu bildirir.

Məzarların bir hissəsinin üzərində alban mədəniyyətinə aid işarələri də görmək olar. Eləcə də XVIII əsrin ortalarında burada öz sahibini dəfələrlə Həcc ziyarətinə aparan atın dəfn edildiyi də iddia edilir.

 

 

скачать dle 10.4 UTF-8Forex для начинающих