BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Şagirdlər məktəbə getmək üçün çayın içindən keçir

Şagirdlər məktəbə getmək üçün çayın içindən keçir

 

20 fevral 2021-ci il

 

Xaçmazın Qaraqaşlı və Qalağan kəndlərini çay üzərində birləşdirən körpü iki ildir ki, uçub.

Modern.az xəbər verir ki, bu səbəbdən Qaraqaşlıdan olan şagirdlər digər kənddəki məktəbə getmək üçün Qaraçayın içərisindən keçmək məcburiyyətindədirlər. Körpünün aşması və iki ildir bərpa edilməməsi kəndlilər üçün əlavə problemlər yaradır. Sakinlər bildirirlər ki, bir çox vacib işlərini görmək, habelə vəfat edən həmkəndlilərini dəfn etmək üçün çayı keçməyə məcburdurlar.

Məsələ ilə bağlı kəndin bələdiyyə sədri Azər Abbasov bildirib ki, körpünün yenidən tikilməsi üçün vəsait lazımdır. Buna görə rayon İH-ə müraciət olunub. Vəsait ayrılsa, körpünün tikintisi aparılacaq. 

Rayon icra hakimiyyəti məsələyə münasibət bildirməkdən boyun qaçırıb. Oradan bildirilib ki, məsələ ilə bağlı konkret heç bir açıqlama verə bilməyəcəklər.

 

скачать dle 10.4 UTF-8Forex для начинающих