BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Benyamin Netanyahu: Azərbaycanda müsəlmanlar ilə yəhudilər arasında əlaqələrin necə qurulmasının bir nümunəsi var

Benyamin Netanyahu: Azərbaycanda müsəlmanlar ilə yəhudilər arasında əlaqələrin necə qurulmasının bir nümunəsi var

Benyamin Netanyahu: Azərbaycanda müsəlmanlar ilə yəhudilər arasında əlaqələrin necə qurulmasının bir nümunəsi var
Bakı, 13 dekabr 2016
İsrail bir yəhudi dövlətidir. Azərbaycan müsəlman ölkəsidir və əhalisinin əksəriyyəti müsəlmandır. Burada hər iki ölkənin daha parlaq gələcəyini təmin etmək üçün yəhudilərlə müsəlmanların birgə işləməsinin şahidi oluruq. Bu, indiki dövrdə tolerantlığın, qarşılıqlı hörmətin olmaması fonunda çox parlaq bir nümunədir.
AZƏRTAC xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu Prezident İlham Əliyev ilə mətbuata birgə bəyanatında bu barədə danışarkən Azərbaycanda yəhudilərə göstərilən qarşılıqlı hörməti, gözəl yanaşmanı yüksək qiymətləndirib.
Benyamin Netanyahu deyib: “İsraildə Azərbaycandan olan 70 min yəhudi, “insan körpüsü” yaşayır. Bundan başqa, dünyaya göstərə biləcəyimiz başqa bir şey var. Dünya çoxlu dözülməzlik, çoxlu zülmət görür. Burada isə müsəlmanlar ilə yəhudilərin arasında əlaqələrin necə ola biləcəyinin, necə qurulmasının bir nümunəsi var”.скачать dle 10.4 UTF-8Forex для начинающих