BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Azərbaycanın Quba və Qırğızıstanın Kant şəhər rəhbərləri bir sıra sahələr üzrə sazişlər imzalayacaq

Azərbaycanın Quba və Qırğızıstanın Kant şəhər rəhbərləri bir sıra sahələr üzrə sazişlər imzalayacaq

Azərbaycanın Quba və Qırğızıstanın Kant şəhər rəhbərləri bir sıra sahələr üzrə sazişlər imzalayacaq
Bakı. 16 dekabr 2016.
Quba rayon icra hakimiyyəti rəhbərliyinin başçılıq etdiyi nümayəndə heyəti Qırğızıstanın Kant şəhərinə yola düşüb.
"Report"un Şimal bürosu xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Yaşar Məmmədov, Quba Bələdiyyəsinin sədri Zakir Müslümov və digər şəxslər Qırğızıstana səfər ediblər.
Quba rayon rəsmilərinin Kant şəhəri ilə tanışlığından sonra müxtəlif sahələr üzrə sazişlər imzalanacaq.
Qeyd edək ki, bu ilin oktyabrında qırğız nümayəndə heyətinin Quba şəhərinə gəlişi zamanı bu barədə niyyət protokolu imzalanıb. Onların Qubaya gəlişi rayonla tanışlıq xarakteri daşıyıb və Quba rayonunun Qırğızıstanın Çuy vilayətinin Kant şəhəri ilə qardaşlaşma memorandumu imzalanıb.
Kant Qırğızıstanın Azərbaycan diasporunun fəal olduğu şəhərlərindən biridir.скачать dle 10.4 UTF-8Forex для начинающих