Azad iqtisadi zonaların təşkilini sürətləndirəcək işçi qrup yaradılıb
31 may 2017, Bakı REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev azad iqtisadi zonalar yaradılması işinin sürətləndirilməsi haqqında sərəncam imzalayıb. "Report"un xəbərinə görə, sərəncama əsasən azad iqtisadi zonaların yaradılmasının sürətləndirilməsi məqsədilə on bir nəfərdən ibarət üzvü olan işçi qrup yaradılıb. İşçi qrupun rəhbəri Milli Məclis sədrinin müavini Valeh Ələsgərov təyin edilib. İşçi qrup üç ay müddətində azad iqtisadi zonaların yaradılması ilə bağlı hazırlanmış qanun layihəsinin ekspertizasını keçirməklə, dövlətin mənafelərinin və investorların qanuni maraqlarının tarazlı şəkildə nəzərə alınmasını təmin edən sənədin yekun variantını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Həmçinin işçi qrup azad iqtisadi zonaların inkişaf etdirilməsi məqsədilə bu sahədə təcrübəsi olan xarici investor (developer) şirkətləri ilə bağlanılacaq müqavilələrin əsas şərtlərinə dair təkliflər verməlidir. İşçi qrupu aşağıdakı tərkibdən ibarətdir: İşçi qrupun rəhbəri: Valeh Ələsgərov - Azərbaycan Respublikasının Milli Məclisi sədrinin müavini İşçi qrupun üzvləri: İnam Kərimov - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Emin Hüseynov - Azərbaycan Respublikası maliyyə nazirinin müavini Niyazi Səfərov - Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Azər Cəfərov - Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Sahib Ələkbərov - Azərbaycan Respublikası vergilər nazirinin müavini İlqar Rəhimov - Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Şahin Bağırov - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini Pərviz Musayev - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini Əfqan Nağıyev - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi Şahmar Mövsümov - Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru Taleh Ziyadov - “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoru. |
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |