Xızı-Xaçmaz turizm və rekreasiya zonasının baş inkişaf planı hazırlanacaq
11 avqust 2017 Mədəniyyət və Turizm Nazirliyi Xızı-Xaçmaz turizm və rekreasiya zonasının baş inkişaf planının hazırlanması xidmətlərinin satın alınması ilə əlaqədar açıq tender elan edib. “Report” xəbər verir ki, tenderdə iştirak haqqı 350 manatdır. İddiaçılar ilkin sənədləri avqustun 29-na qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə sentyabrın 8-nə qədər nazirliyə (Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, 82 ünvanına) təqdim etməlidirlər. Əlaqələndirici şəxs Azər Orucovdur (tel: (012) 4923984). Təkliflərə sentyabrın 11-də, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri tender prosedurunda iştirak edə bilərlər. |
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |