BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » “İnsanlığın zirvəsi” kitabının təqdimat mərasimi keçirilib

“İnsanlığın zirvəsi” kitabının təqdimat mərasimi keçirilib

7 noyabr 2021-ci il

 

6 noyabr 2021-ci il tarixdə Qəbələ rayon Mədəniyyət mərkəzində Jurnalist-publisist Bibixanım İsayevanın Azərbaycan Respublikasının Milli Qəhrəmanı, general Polad Həşimova həsr olunmuş “İnsanlığın zirvəsi” kitabının təqdimat mərasimi keçirilib. Rayon icra hakimiyyəti, idarə və təşkilatlarının nümayəndələri, Vətən Müharibəsi iştirakçıları, qazilər, şəhid valideynləri və Polad Həşimovun ailə üzvlərinin iştirak etdiyi tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Tədbirdə məktəb şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirib, Polad Həşimovun həyat yolunu əks etdirən slayd təqdim edilib. Çıxış edənlər generalın qəhrəmanlıqlarından bəhs edib, kitab haqqında öz təəsüratlarını söyləyiblər. Tədbirin keçirilməsində məqsəd vətən uğrunda canından keçən şəhidlərin xatirəsini daim yaşatmaq və əbədiləşdirməkdir.

http://qebele-ih.gov.az/

скачать dle 10.4 UTF-8Forex для начинающих