BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » 8 milyardıncı sakin bu ölkədə doğulub

8 milyardıncı sakin bu ölkədə doğulub

15 noyabr 2022-ci il

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Damian adlı körpə Dominikan Respublikasının paytaxtı Santo Dominqoda doğulub.

Məlumatı BMT rəsmən təsdiqləyib və dünya əhalisinin sayının 8 milyarda çatdığı elan olunub.

Bununla da BMT Ermənistanın daha bir yalanını ifşa edib.

Belə ki, Ermənistanın Qeqarkunik (Göyçə mahalı) vilayətinin qubernatoru Karen Sarkisyan iddia edirdi ki, guya Yer planetinin 8 milyardıncı sakini bu bölgədə yerləşən Martuni şəhərində anadan olub. Onun sözlərinə görə, çəkisi 2 kiloqram 900 qram, boyu 49 santimetr olan qız uşağına Arpi adı qoyulub.

Lakin məlum olub ki, Ermənistan rəsmisinin dedikləri tamamilə yalandır və 8 milyardıncı sakin Ermənistanda yox, Dominikanda dünyaya göz açıb.

скачать dle 10.4 UTF-8Forex для начинающих