Xınalıq, haput, talış və saxur dili dərslikləri19 may 2023-cü il
Hazırda I-IV siniflər üçün "Talış dili", "Saxur dili, "Xınalıq dili" və I sinif üçün "Haput dili" dərslik komplektlərinin çapı üzrə işlər aparılır. Bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilib. Hesabatda qeyd olunub ki, 2022-2023-cü tədris ilinə I-XI siniflər üçün 21,7 min nüsxə Azərbaycan dili və Ədəbiyyat dərslikləri Gürcüstanın tədris Azərbaycan dilində olan ümumtəhsil məktəblərində təhsil alan şagirdlərə çatdırılıb. Eyni zamanda ölkəmizdə tədris gürcü dilində olan məktəblərin tələbatına əsasən Gürcüstan Elm və Təhsil Nazirliyindən daxil olmuş 1,5 min nüsxə dərslik tədris gürcü dilində olan məktəblərin şagirdlərinin istifadəsinə verilib. Ümumtəhsil müəssisələrinin I-IV sinifləri üçün "Azsaylı xalqların dili" fənni üzrə dərslik komplektləri hazırlanıb. Məzmun islahatları çərçivəsində 6 fənn üzrə ("Riyaziyyat" I-XI, "Hayat bilgisi I-IV, "Təbiət" V-VI, "Fizika" VII-XI, "Kimya" VII-XI, "Biologiya" VII-XII) kurikulumlar təkmilləşdirilib və ya yeni hazırlanıb. Eyni zamanda 4 fənn üzrə ("Azərbaycan dili" I-XI, "Ədəbiyyat" V-XI, "Ingilis dili" I-XI, "Coğrafiya" VI-XI) kurikulumlarm təkmilləşdirilməsinə başlanmışdır. Təmayüllü 10-cu va 11-ci siniflər üçün profil fənn kurikulumları hazırlanıb, təsdiq edilib və 2022/2023-cü tədris ilində tətbiqinə başlanıb.
P.S.: "Shahdagpepoles.az"ın xəbər xidmətinin əldə etdiyi məlumata görə, hazırda Talış və Saxur dili dərslikləri üzərində nəşriyyat işləri başa çatıb və dərsliklərə rəsmi qrif verilib. Xınalıq və Haput dilindəki dərsliklər isə hələlik adının çəkilməsi məsləhət görülməyən nəşriyyat müəssisəsində emal mərhələsindədir. Elə bu səbəbdən arxivimizdə olsa da hər iki kitabın üz qabıqlarını illüstrasiya olaraq verə bilmirik. Saytımızın yaxından təşviqi ilə hazırda Buduq, Qrız və Cek icmalarında dil biliyi və pedaqoji təcrübəsi olan potensial müəlliflər tərəfindən ilk dərsliklərin hazırlanması üçün rəsmi instansiyalara müraciətlər hazırlanır və yaxın vaxtlarda təqdim ediləcək. Şahdağ milli-etnik qrupuna aid Əlik və Yergüc icmalarının da bu istiqamətdə fəallıq göstərmələri çox arzuolunandır. Biz isə öz növbəmizdə icmaların hər birinə təşkilati dəstək göstərməyə həmişə hazırıq. Azərbaycan dövlətinin multikultural dəyərlərə yüksək qiymət verməsi, azsaylı xalqların dillərində dərsliklərin və digər ədəbiyyatın çapını daim hərtərəfli dəstəkləməsi bu işdə hər birimizə çalışmaq üçün stimul verməlidir. |
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |