BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » “Haput dili” dərsliyinin həmmüəllifindən

“Haput dili” dərsliyinin həmmüəllifindən

TƏDRİS RESURSLARININ İDARƏ OLUNMASININ MƏLUMAT SİSTEMİ

"Haput dili" 1-ci sinif üçün dərslik

 

Dərsliyin təyinatı - "Azsaylı xalqların dili" üzrə təhsil proqramının (kurikulumun) 1-ci sinifdə həyata keçirilməsi

Resursun növü - Dərslik

Tədris dili - Azərbaycan dili, Rus dili, Gürcü dili

Fənn - Azsaylı xalqların dili

Təhsil dövrü - 1-ci sinif

Müəlliflər - İldırım Məsimov, Şərəf Hüseynov

Qrif nömrəsi - 2023-001

Qrif tarixi - 13.06.2023

Müstəsna hüquqların sahibi - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi

Resursun dili - Haput dili

 

10 fevral 2024-cü il

 

Azərbaycanda azsaylı xalqların çox olması, həm də onların öz ana dilini qoruyub saxlaması,

bununla yanaşı bir çox azsaylı xalqların öz ana dilini məktəblərdə tədris etməsinə görə

biz nəinki Azərbaycanda, həm də dünyada nümunəyik.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

 

“Shahdagpeoples.az” saytına

Respublikamızda yaşayan azsaylı xalqlardan biri də mənsub olduğum Haput xalqıdır. Haputlular Qafqaz dili ailəsinin Ləzgi dili qrupunun Şahdağ yarımqrupuna daxil olan xalqlardan biridir. Haputlar eramızın VII-IX əsrlərinə qədər özlərini “Hər” adlandırıblar. Bu xalqın İori çayının ətrafında, Gürcüstan-Azərbaycan sərhəddində “Hereti” adlı dövləti olub və təəssüf ki, həmin dövlət ərəblər tərəfindən məhv edilib.

Müasir dövrdə bu dildə danışan icmalar əsasən Quba rayonunun Haput və İsmayıllı rayonunun Hacıhətəmli və Mollaisaqlı kəndlərində yaşayırlar. Azərbaycanın bir çox yerlərində bu dilli insanlar icma halında və ya tək-tək ailələr şəklində yaşayırlar. Lakin təəssüf ki, hazırda haputluların əksəriyyəti öz ana dilini itirib. Buna görə uzun illər dilimizin qorunub saxlanması, itməməsi və gələcək nəsillərə çatdırılması üçün böyük əmək sərf edərək həmkarım, İsmayıllı rayonunun Mollaisaqlı kəndindən olan İldırım Mənsimovla əməkdaşlığımız nəticəsində ilk dəfə olaraq Haput dilinin əlifbasını tərtib etdik. Bununla yanaşı olaraq biz həm də Haput dilindəki sait və samit səslərin şərti işarələrini yaratdıq. Elə ilk uğurumuz da buradan başladı. Belə ki, 2020-ci ildə mənim ilk kitabım olan “Hərə mezınə şikilbezınə lüğət” adlı şəkilli lüğətim işıq üzü gördü. Bundan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yaratdığı imkanlar sayəsində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Haput dilinin də ibtidai siniflərdə tədrisinə müsbət cavab verdi. Bundan sonra mənim və həmkarım İldırım müəllimin müəllifliyi və Bakıdakı “Çaşıoğlu” nəşriyyatının yaxından köməyi ilə “Haputçi mez” əlifbasının hazırlanmasına səy göstərdik.

2022-ci ildən başlayaraq üzərində çalışdığımız “Haputçi mez” dərsliyini ərsəyə gətirdik və 15 sentyabr 2023-cü ildən etibarən Quba rayonunun Haput, eləcə də İsmayıllı rayonunun Hacıhətəmli və Mollaisaqlı kəndlərində artıq “Haputçi mez”in tədrisinə başlanıb. Qeyd edim ki, artıq dərsliyin müəllimlər üçün Metodik vəsaiti də nəşr olunmuşdur. 

Haput xalqı bu ilk “Haputçi mez” dərsliyini böyük coşqu və sevinclə qarşıladı. Bu həm müəlliflərin, həm də Haput xalqının böyük uğurudur. Artıq Haput dilində 2-ci sinif dərsliyinin hazırlanması işini də yekunlaşdırıb çapa göndərmişik. İnşallah, haput uşaqları 2024-2025-ci tədris ilinin başlanğıcında “Haputçi mez-2” dərsliyi ilə doğma dillərinin öyrənilməsini davam etdirəcəklər.

Şərəf Mütəllib oğlu Hüseynov

Haput kənd ibtidai məktəbin direktoru

 

Dərslik komplektinə daxildir: 

 

 

скачать dle 10.4 UTF-8Forex для начинающих