BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Qusarda qəzalı vəziyyətdə olan 6 məktəb üçün modul tipli binalar quraşdırılır

Qusarda qəzalı vəziyyətdə olan 6 məktəb üçün modul tipli binalar quraşdırılır

 

23 aprel 2017, Qusar

Qusar rayonunda azkomplektli və qəzalı vəziyyətdə olan 6 məktəb üçün modul tipli binalar quraşdırılacaq.

AZƏRTAC xəbər verir ki, artıq 35 şagirdi olan Avaranqışlq kənd ibtidai məktəbi üçün modul tipli məktəb binasının quraşdırılmasına başlanılıb. Beş otaqdan ibarət olacaq binanın sahəsi 154 kvadratmetrdir.

Avaranqışlaqla yanaşı Nəcəfkənd və Qılahoba kənd ibtidai məktəbləri üçün də modul tipli binaların quraşdırılmasına başlanılıb.

Yuxarı Tahircal, Cağar və Üzdənoba kənd orta məktəbləri də belə binaların quraşdırılacağı kəndlərə aiddir.

Şagird sayı 100-dək olan həmin məktəblərin əksəriyyəti mürəkkəb relyefə malik ərazilərdə yerləşir.

Bu məktəblərin üstünlükləri azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, şagirdlərin sayına uyğun olaraq sinif otaqlarının rahatlıqla azaldılıb-artırılmasıdır.

Qeyd edək ki, bu il ölkənin 44 rayonunda azkomplektli və qəzalı vəziyyətdə olan 332 məktəb üçün modul tipli binaların quraşdırılması nəzərdə tutulub.

скачать dle 10.4 UTF-8Forex для начинающих