BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Qrızlı Hacı Əbdurrəhman dayı dünyasını dəyişib

Qrızlı Hacı Əbdurrəhman dayı dünyasını dəyişib

28 aprel 2023-cü il

 

Şahdağ milli-etnik qrupuna aid Qrız kəndinin tanınmış sakini Hacı Əbdurrəhman dayı rəhmətə gedib. El ağsaqqalı aprelin 26-sı dəfn edilib. Onun 89 yaşı var idi. Kəndə gələn hər kəs onunla görüşüb, söhbət etməyi sevərdi. Qonaq-qaraya öyrəşmişdi, qonaq qarşısına çıxmazdan əvvəl mütləq buxara papağını, bayırlıq kostyumunu geyinir, məşhur bığlarına tumar çəkirdi. Hamı ilə həvəslə görüşür, doğma kəndi haqqında səxavətlə məlumat verirdi.  14 avqust 2017-ci ildə Shahdagpeoples.az etnotanıtım saytının çəkiliş qrupu ilə birlikdə Qrızda olarkən Əbdürrəhman dayı ilə də görüşdük, xeyli söhbət elədik, güldük-şənləndik. Qeyri-adi, köhnə kişilərsayaq uzun bığ saxladığına görə bəzilərinin "Bığ dayı" adlandırdıqları bu torpaq adamı bizi Həccdən gəldikdən sonra doğma kəndində tikdirdiyi kiçik məscidlə də tanış elədi. Görüşürkən insanların əlini möhkəm-möhkəm sıxan bu güclü, həyatsevər insanın yoxluğuna inanmaq olmur. Onunla etdiyimiz söhbət və zəhmətkeş Hacının doğma yurd haqqında ibrətamiz fikirləri ilə saytımızda verilmiş "Dağlarda iki gün" adlı səfər qeydlərində tanış ola bilərsiniz...    

скачать dle 10.4 UTF-8Forex для начинающих