BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
Buduqlular

 

 

 


Şahdağ xalqlarından biri olan buduqlular zəngin tarixə malikdirlər. Bu azsaylı xalq haqınnda məlumatlara Səfəvi şahlarının, Quba xanlarının və rus çarlarının rəsmi sənədlərində, müxtəlif tarixi elmi əsərlərdə (A.Bakıxanov, F.Şnitnikov, İ.Gerber, F.Simonoviç, İ.Berezin), XIX əsrə aid yüzdən artıq arxiv sənədində rast gəlinir. Buduq kəndinin özü isə sənədlərdə ilk dəfə XVI və XVII əsrlərin qovuşuğuna aid sənədlə kəndin tiyul (len, mülk) kimi Uluq bəy və Nemət bəyin ixtiyarına verildiyi xatırlanır. 1607-ci ildə I Şah Abbas Buduqun idarəsini Məlik Adi bəyə həvalə edir. Onun nəslindən olan bəylər 250 il kəndi idarə etmişlər. İnzibati-ərazi baxımından Buduq əvvəlcə Quba vilayətinin qəza, sonra isə sahə, mahal, “cəmiyyət” mərkəzi olmuşdur. Həmin ərazi vahidlərinin tərkibinə müxtəlif vaxtlarda sakinləri ayrı-ayrı etnik tərkibə malik 6-dan 34-dək kənd daxil olmuşdur.
Buduq bəyləri Quba xanlığında rəsmi olaraq bəylik hüququ verilmiş üç nəsildən biri olmuşlar. XIX əsr ərzində Buduqun əhalisi 2300-3500 nəfər arasında tərəddüd etmişdir. 1839-cu ilə aid rəsmi statistik məlumatlara görə, Budiq kəndindəki 286 təsərrüfatda 1095 kişi əhali yaşayırdı, 1870-ci ildə isə bunların sayı 393 təsərrüfat və hər iki cinsdən olan 2411 nəfər sakindən ibarət idi (Q.Cavadov).
Buduq kəndində və daha sonralar ondan çıxmış əhalinin məskunlaşdığı kəndlərdə yaşayan buduqlular özlərini “budad”, dillərini isə “budad-mez” adlandırırlar. Bu azsaylı etnosun mənşəyi son vaxtlara kimi elmə demək olar ki, məlum deyildi. Tədqiqatçılar bu haqda müxtəlif fərziyyələr, nöqteyi-nəzərlər söyləsələr də, burada elmi həqiqətdən daha çox gümanlara yer verilmişdir. Məsələn, hələ 1938-ci ildə Buduq və Şuduq kəndlərində etnoqrafik axtarışlar aparmış İ.Cəfərzadə öz hesabatında yazırdı ki, buduqlular özlərini “Buduq” adlı bir kişinin xələfləri, törəmələri hesab edirlər.
Bununla yanaşı bəzi tədqiqatçılar Buduğun tayfa adı olub, Herodotun adını çəkdiyi “budi”lərlə əlaqədar olduğunu, bəziləri isə onların Qafqaz Albaniyasındakı tayfalardan biri olub, bu əraziyə Şəki-Zaqatala zonasından gəlmələrini qeyd edirlər.
Tədqiqatşı-alim Qəmərşah Cavadov digər Şahdağ xalqları kimi, buduqluların da qədim Alban tayfalarından biri olması fikrinin tərəfdarıdır (Qəmərşah Cavadov. “Azərbaycanın azsaylı xalqları və milli azlıqları”, Bakı, “Elm”, 2000). Lakin buduqların tarixi-etnoqrafik araşdırılması ilə məşğul olmuş professor Vaqif Piriyev bu etnosun mənşəyi haqqında yeni mülahizələr irəli sürmüşdür (Vaqif Buduqlu-Piriyev. Buduq və buduqlular, Bakı, “Sabah”, 1994). Müəllif yazır ki, “Buduq” oykonimi buduqlulara qonşu xalqlar, etnik qruplar tərəfindən verilmiş addır. Buduqlular isə özlərini “buduq” və ya “buduqlu” deyil, “budad” adlandırırlar. Müəllif XIII-XIV əsrlərin tarixçisi Fəzlullah Rəşidəddinin “Came-ət təvarix” əsərində “Budat” adlı bir tayfanın Çingiz xanın qoşununda iştirak etdiyini xatırlayaraq “budat” sözü ilə buduqluların özlərinə verdikləri “budad” istilahı arasında bir eyniyyət görür. Bunu əsas götürərək indiki buduqluları həmin qəbilənin törəmələri hesab edən müəllif buduqluların XIII əsrin birinci yarısında Azərbaycana gəlmiş türk-monqol qəbilələrindən biri olduğu nəticəsinə gəlmişdir. Şübhəsiz ki, bu, V.Piriyevin araşdırmalarından irəli gələn mülahizədir. Lakin yəqin ki, bu tezisin təsdiqi üçün hələ yeni-yeni araşdırmalar aparılmalıdır. Hər şeydən əvvəl ona görə ki, buduqluların XIII əsrdə bu əraziyə gəlməsi təsdiq edilməli olsa, buduqlularla eyni dil ailəsinə mənsub olub, onlarla bir ərazidə məskunlaşan xınalıqlılar, qrızlılar, hapıtlılar, ceklilər Azərbaycanın aborigen etnosları sırasından çıxarılıb, tarixin daha sonrakı dövrlərində bura gəlmiş tayfalar sırasına daxil edilmiş olur. Halbuki, adları çəkilən etnik qrupların Azərbaycanın avtoxtonları sırasına daxil olması faktı artıq Azərbaycan tarixşünaslığında təsdiq olunmuşdur.
Nəhayət, buduqluların qədim alban tayfalarından biri olduğunu onların dillərində işlədilən xeyli sözlərin, istilahların udi dili ilə eyniyyət və ya oxşarlıq təşkil etməsi faktı da bir daha təsdiq edir. Elə V.Piriyevin özü də yazır ki, Şahdağ dilləri yarımqrupu xınalıq, buduq, cek, qrız və hapıt dillərini birləşdirir, buduq dili leksik baxımdan qrız, cek, hapıt, əlik dillərinə daha yaxındır və Azərbaycan, ləzgi və udi dillərində olan bir sıra sözlər buduq dilində də eyni mənada işlədilir. Belə ki, Azərbaycan dilindəki “biz” ifadəsi buduqlarda “yin”, udilərdə “yan”, “siz” ifadəsi “vin” “van”, arpa sözü “mux” “mu”, qutab sözü “arfar”, “afar”, yuxarıda sözü “laxo” “laxo” kimi demək olar ki, eyni istilahlarla ifadə olunur. Yəqin ki, bu eyniyyətə təsadüfi hal kimi baxmaq olmaz. Başqa sözlə, əgər doğrudan da buduqlular XIII əsrdə Azərbaycana gəlmiş olardılarsa, bir-biri ilə heç bir ərazi yaxınlığına malik olmayan udilərlə bu qədər dil yaxınlığına necə nail ola bilərdilər. Odur ki, udilərlə buduqlular arasındakı bu dil yaxınlığını Q.Cavadova görə həmin etnosların tarixi yaxınlığında, eyni dil ailəsinə mənsub olmalarında və nəhayət, Azərbaycan ərazisində ta qədimdən məskunlaşmasında axtarmaq lazımdır.
Ləzgi dil qrupunun Şahdağ yarımqrupuna aid olan Buduq dilinə və bu etnosa olan maraq hələ XX əsrin əvvəlində başlamışdır. R.Erkert, N.Marr, daha sonralar Dağıstan dilçilərindən H.İbrahimov, B.Talıbov, U.Meylanova və başqaları Buduq dilinin öyrənilməsi sahəsində xeyli iş görmüşlər. Lakin bu siyahıda təəssüf ki, Azərbaycan dilçilərinin adına rast gəlinmir. Deməli, Buduq dili Azərbaycandan kənarda, qeyri-azərbaycanlılar, qeyri-buduqlular tərəfindən öyrənilib tədqiq edilmişdir. Bu hal təəssüf ki, bu gün də davam etməkdədir.
Hələ keçmiş çağlardan buduqlar əkin torpaqlarının azlığı ucbatından ətraf ərazilərdə məskunlaşmağa məcbur olmuşlar. Belə ki, tarixən Müşkür və Şabran və b. ərazilərdə buduqlular tərəfindən “oba” və ya “qışlaq” tipli yeni məskənlər salınmışdır – Vəlioba, Hacıoba, Şərifoba, Əzizoba, Qaradağlıoba, Hacıxanoba, Qırxlaroba, Ramazanqışlağı, Suxtəkələqışlağı, Çilovqışlağı, Hacıəlibəy, Ağyazı-Buduq, Qaradağ-Buduq, Digah-Buduq, Dəliqaya, Pirüstü, Ağalıq, Yalavanc və s. Bundan əlavə Buduq-qışlağı, Qaraqız, Qarabulaq, Hacıəlibəy, Dovşalı qışlağı yaşayış məskənlərinin də buduqlular tərəfindən salındığı məlumdur. Bütün bu məskənlər azərbaycanlı kəndlərin əhatəsində yerləşdiyindən, zaman keçdikcə tədricən özlərinin əvvəlki etnoqrafik simasını itirməli olmuşlar.
XIX əsrin 30-cu illərində Buduq Quba əyalətinin 10 mahalından biri idi. Buduq mahalına 19 kənd daxil idi ki, burada 3762 nəfər kişi, 3218 nəfər qadın yaşayırdı. Lakin nə 19 kəndin və nə də bu kəndlərdə yaşayan əhalinin hamısı buduqlu deyildi. Bununla yanaşı, tarixi-etnoqrafik ədəbiyyatlarda buduqların sayı və onların inkişaf dinamikası haqqında da xeyli məlumatlar vardır. Belə ki, 1839-cu ilin məlumatına görə Buduqda 286 təsərrüfat və 1095 nəfər kişi (qadınlar haqqında məlumat yoxdur), 1863-cü il məlumatına görə 329 təsərrüfat, 2155 nəfər əhali, 1873-cü ildə isə 393 təsərrüfat, 2411 nəfər əhali olduğu qeyd edilmişdir. Bir cəhət qeyd edilməlidir ki, buduqlar arasında artım daim yüksək olmuşdur. Belə ki, 1831-1873-cü illər ərzində Buduqda təsərrüfatların sayı təxminən 25% artaraq 286-dan 393-ə çatmış, əhalinin sayı isə 300 nəfərədək artmışdır. Buduqluların sayı haqqında başqa ədəbiyyatlarda da məlumatlara rast gəlinir. Belə ki, 1873-cü ilə aid olan məlumata görə Buduqda tüstülərin sayı 368, əhalinin sayı 2237 nəfər olmuşdur ki, onların da 1154 nəfəri kişi, 1063 nəfəri qadın idi. Həmin məlumatı verən N.Zeydlis Şahdağ xalqlarından xınalıqlıları və buduqluları ayrıca etnos kimi təqdim etmişdir.
Buduqlular, eləcə də Quba Dağıstanı adlanan yuxarı mahalların əhalisi həyat tərzləri, xüsusiyyətləti, adət-ənənələri, fiziki inkişafı, uzunömürlü olması və s. cəhətləri ilə digər mahalların əhalisindən fərqlənirlər. Maraqlıdır ki, 1870-ci ildə aparılan hesablamaya görə, müxtəlif etnik qruplar arasında 100-dən yuxarı yaşı olan 14 nəfərdən 11-i buduqludur (Rusiya imperiyasının Qafqaz diyarı üzrə yaşayış yerlərinin siyahıları. XV. Bakı quberniyası. – Tiflis, 1870, rusca).
Yenə XIX əsrin 80-ci illərinə aid olan başqa ədəbiyyatlardan bəlli olur ki, Buduqda 446 tüstü, 3805 nəfər əhali, o cümlədən 1975 nəfər kişi, 1830 nəfər qadın olmuşdur. 1921-ci ildə Azərbaycanda keçirilən kənd təsərrüfatı siyahıyaalmasının materiallarına görə Buduqda 539 təsərrüfatın, 1572 nəfər əhalinin, 1926-cı ildə isə buduqluların sayının 1993 nəfər olduğu məlumdur. Əhalinin son siyahıya alınmalarında isə digər Şahdağ xalqları kimi buduqlular da ayrıca etnos kimi qeydə alınmamış, onlar da azərbaycanlıların sayına daxil edilmişlər.
Şübhəsiz, bu, siyahıyaalınmanın qeyri-reallığının nəticəsi sayıla bilər. Tarixi həqiqət isə ondan ibarətdir ki, Azərbaycanda, onun ayrı-ayrı yaşayış məskənlərində, başlıcası isə Quba, Xaçmaz və qismən də Dəvəçi (indi Şabran) rayonları ərazisində hazırda da buduqlular yaşayırlar. Bunu buduqlu ziyalıların 1991-ci ildə öz təşəbbüsləri ilə apardıqları siyahıyaalma materialları da bir daha təsdiq etmişdir. Belə ki, aparılmış siyahıyaalma ümumilikdə Azərbaycanda 15 min nəfərə qədər buduqlunun olduğunu təsdiq etmişdir. Bu əhali başlıca olaraq Quba rayonunun Buduq sovetliyində (indi ƏİV) (760 nəfər), Bağbanlı (578 nəfər), Ağyazı Buduq (462 nəfər), Vladimirovka (344 nəfər), Zərdabi (310 nəfər), Barlı (192 nəfər), Nərimanabad (190 nəfər), Dəllək (175 nəfər), Arzu (155 nəfər), Dalıqaya (140 nəfər), Padar (122 nəfər), Yergüc (107 nəfər), Timiryazev (142 nəfər) kəndləri və yaşayış məskənlərində məskunlaşmışlar. Adları çəkilən məntəqələrdə buduqlular kompakt halda yaşayırlar. Bununla yanaşı Azərbaycanın Quba, Xaçmaz, Xudat, Sumqayıt, Bakı, Dəvəçi (indi Şabran), Siyəzən kimi yaşayış məskənlərində də sayı müəyyən edilə bilinməyən xeyli sayda buduqlunun yaşaması məlumdur. Buduqluların kiçik bir qrupu hazırda Dağıstanda, Axtı rayonunun Qarakürə kəndində də yaşamaqdadır. Lakin bu da etiraf edilməlidir ki, özünü mənşəcə buduqlu sayan xeyli əhali buduq dilini bilmir. Ümumiyyətlə, qeydə alınmış 15 min buduqludan prof. V.Piriyevin hesablamalarına görə ancaq 3 mininin öz ana dilini bildiyi müəyyən edilmişdir.
Öz ana dilini bilməyən buduqluların böyük əksəriyyəti əsasən onların yığcam yaşamadıqları ərazilərin payına düşür. Yəni mühit, coğrafi məskunlaşmanın xarakteri bu azsaylı etnosun onu əhatə edən çoxsaylı etnosun içərisində tədricən qovuşması prosesini yaradır. Məhz bunu nəzərə alaraq başqa milli etniklər kimi, buduqluların təbii assimilyasiyasının qarşısını almaq üçün onların kompakt məskunlaşdıqları yaşayış məskənlərindəki məktəblərin ibtidai siniflərində Buduq dilinin tədrisinə nail olmaq məqsədə uyğun olardı. Müasir şəraitdə bu dildə danışan əhalinin tədricən öz ana dilini itirməsi qorxusu göz qabağındadır. Ona görə də bu haqda ciddi düşünərək, dünya xəritəsində ancaq Azərbaycanda mövcud olan yeganə etnosları qoruyub saxlamağa qayğı göstərməyə borcluyuq.


Azərbaycan Tarix Qurumu

Quba əyalətinin kameral təsviri
(1831-ci ildə kollec reqistratoru Xotyanovski tərəfindən tərtib edilib)
Bakı, “Sabah”, 2008. Tərcümə, giriş, qeydlər və yekun cədvəllərin müəllifi professor Tofiq Mustafazadə.

Səh. 503-516

19. Buduq kəndi – Rüstəm bəy Buduqlunun idarəçiliyində
(vərəq 368, arxa üzü - 406)

Yüzbaşı:
İsmayıl Hacı oğlu-40; oğlu: Əbdülrəhman-17, Hacı-14, Uluxan-12, Pirməhəmməd-8; əmioğlu: Piri Araz oğlu-35, Nuru-28; qard. oğlu: Vəliməhəmməd-3
Qədir Yunus oğlu-22; qard: Atamoğlan-11

Rəiyyətlər:
Albahid Dumşir oğlu - 60; oğlu: Əbdülrəzzaq-14; qard: Məhəmməd-19
Əliqulu Mədətxan oğlu-? oğlu: Qədir-7
Əbdülrəhman Mədətxan oğlu-35; oğlu: Bayram-4, Zəki-1
Seyid Hacı oğlu-25; qard: Seyid Əhməd-18, Mahmud-12, Əhməd-8, Hüseyn-6
Şıx Əhməd Lələ oğlu-41; oğlu: Lələ-8, Ələsgər-5, Dəmir-2 (ay)
Qəhrəman Aslan oğlu-21; qard: Tahir-8, Novruz Əli-6
Vəli Məhəmməd Rəcəb oğlu-35; oğlu: Polad-7, Teymur-3; qard: Mirzə-30, Hacı-18; qard. oğlu: Məlik Məhəmməd-2
Əbdülrəhman Hacı oğlu-42; oğlu: Tarverdi-10 (ay) qard: Allahverdi-37; qard. oğlu: Hacı Allahverdi oğlu-9, Vəli, Qədir
Mürsəli Mehdi oğlu-54; oğlu: Əliverdi-12, Tarverdi-8; qard. oğlu: İmamverdi-8
İbrahim Gəray oğlu-36; oğlu: Pənah-1
Hacı Melıdi oğlu-50; oğlu: Şahverdi-5, Ömər-3, Şıxverdi-1
Məhəmməd Eldar oğlu-95; oğlu: Qurban-46, Məhəmməd Qulu-35; nəvə: Seyid Qulu-10, Namaz-6, Hüseyn Qulu-2, Həzrət Qulu-2 (ay), Oruc Eldar oğlu-3, ...? -3 (ay)
Qaçay Vahid oğlu-26; oğlu: Abdulla-2; qard: İbrahim-18
Mansur Mansur oğlu-35
Əziz Misri oğlu-42; oğlu Manaf-9
Minəxan Misri oğlu-32; oğlu: Əhmədxan-4; qard: Çıraq-27, Novruzbəy-24, Malıbəy-20, Rzaxan-18, Ataxan-14, Cüneydxan-6
İslam Qulu Ocaqverdi oğlu-18; qard: Səfər-8
Ağaməli Araz oğlu-43; oğlu: Pərvaz-5, Araz-3
Həsən Əli Əmir Əli oğlu-48; oğlu: Əmir Əli-15, Ramazan-13, Əziz-9, Hacı-5, Şıxəli-2
Allahverdi Murad oğlu-15; qard: Məhəmməd-12, Mirzəli-6 (kasıb)
İsrail Xanış oğlu-5 (yetim)
Məhəmməd Əhməd oğlu-86; oğlu: İsrafil-40, İsrail-35, Əziz- 31, Mahmud-21; nəvə: Cavad İsrail oğlu-2, Azay-16, Mazay-14
Qırxlarqulu Nəcəf oğlu-46; oğlu: Nəcəf-12, Hətəm-6, Polad- 10 (gün.); qard: Əlif-14, Qurban Qulu-40; əmioğlu: Allahyar-35, Əli Sultan Qurban oğlu-7, Həzrət Qulu-4, İsaq İbrahim oğlu-1; qard: Qurban-18, İsmayıl-15
Seyid Sultan İsmayıl oğlu-42; oğlu: Məhəmməd-12, Abdulla-10, Ruhulla-6, Nurulla-3; qard: Əhməd-30; qard. oğlu: Teymir Əhməd oğlu-4, Teymur-2
Əhməd Yüzbaşı oğlu-60; oğlu: Həsən-10, Mahmud -3 (ay) qard: Əbdül-46, Qarabəy-25; qard. oğlu: Hüseyn Əbdül oğlu-15, Nəbi-12, Abdulla-1, Həbib Qarabəy oğlu-3
Novruz Xəlil oğlu-25 (kasıb)
Zakir Xəlil oğlu-22; oğlu: Əhəd-1; qard: Xəlil-18; qard. oğlu: Səməd Vahab oğlu-3, Vahab-1
Cəmil Ağamir oğlu-30; oğlu: Əhməd-2; qard. oğlu: Məmməd Qayib-8, Məhəmməd-3
Əli Qureyş oğlu-80; oğlu: Qureyş-25, Səfərəli-22; nəvə: Oruc Qureyş oğlu-6, Əsgər Səfərəli-6 (gün.)
Fərzəli Qurban oğlu-20; qard: Əli-12, İmam-8, Osman-7
Əhmədxan Əlixan oğlu-52; oğlu: Əbdülrəhman-15. Saleh-12
İmami Əlixan oğlu-35; oğlu: Əliyar-5, Ağayar-2
Mustafa İsmixan oğlu-40; oğlu: İsmixan-8
İsmayıl Kərim oğlu-37; oğlu: Kərim-8, Ağanəzər-1; qard: Bəynəzər-23; qard. oğlu: Şıxmurad-2
Feyzulla Nurəddin oğlu-18; qard: Rustəm-12, Ümidəli-6
Əziz Cürət oğlu-61; oğlu: Abdulla-25. Teyyub-13, Tahir-10, Əbdülrəhim-10, Mübarək-2; nəvə: Məhəmməd Abdulla oğlu-3 (ay) qard. oğlu: Nurulla Ağaqulu oğlu-2
Mirzəbəy Allahverdi oğlu-65; oğlu: Babaverdi-15
Səfər Əhməd oğlu-80; oğlu: Əsgər-45, Əli-35; nəvə: Teymur-2, Məhəmməd Əli-1 (ay) qard. oğlu: Nadirbəy-20, Əhməd-15, İsmayıl-8, Mehdi-4
Abbas Cəfər oğlu-37; qard: Həmzə-31, Hüseyn-26, Kərim-14, Səməd-4, Seyid Məhəmməd-2
İbrahim Şıxməhəmməd oğlu-5 (yetim)
Abdulla Cəmil oğlu-42; oğlu: Qafar-12, Mütəllim-9, Cami-5
Nuru Nurəli oğlu-35; oğlu: Əli-6, Məhəmməd-4; qard: Sadıq-25
Nuru Rəsul oğlu-42; oğlu: Rəsul-12, Məhəmməd-8, Həşiməli-5, Piri-2, Mirzəli-1, qard: Seyid-36, Baba-32; qard. oğlu: Seyid Əhməd Seyid oğlu-4, Əhməd-2
Qayıtmaz Saleh oğlu-36; oğlu: Qurban-4, Osman-2
Şıx Məhəmməd Saleh oğlu-43; oğlu: Qayib Məhəmməd-4
Şıxverdi Abdal oğlu-39
Ağabəy Allahverdi oğlu-40; oğlu: Məhəmmədbəy-4
İbrahim Manaf oğlu-45; oğlu: Manaf-12; qard: Cəbrayıl-30
Mustafa İsmayıl oğlu-49; oğlu: Mürsəli-10. İsgəndər -7, İsmayıl-3
Eyyub İsrafıl oğlu-27; qard: İsmayıl-7, Həşim-15
İsmayıl Qasım oğlu-46; oğlu: Cəfər -10, Səfər-7
Abdulla Qasım oğlu-50; oğlu: Mahmud-8, Talib-2
Ağa Məhəmməd Yardım oğlu-25; oğlu Yardım-8
Qurban Yardım oğlu-27; qard: Mansur-18
Abdul Əlimirzə oğlu-60; oğlu: Əlimirzə-21, Seyid Qulu-5
Mustafa Əlımirzə oğlu-45; oğlu Mirzə Qulu-12
Məhəmməd Əhməd oğlu-70; oğlu: Mustafa-27, Fiədi-19; nəvə: İlyas Musrəfı oğlu-12, Hacı-4
İdris Qədim Əli oğlu-36; oğlu: Qədim-4 (ay)
Budaq Sultan oğlu-41
Həşim Baba oğlu-28; qard: Cəbrayıl-15, Mikayıl-10
Hacı Məhəmməd oğlu-42; oğlu: Əhməd-12, Dəmirnov-10, Kərim-8, Rəhmət-6
Abdulla İsrafıl oğlu-48; oğlu: Seyid Məhəmməd-10, Əsgər-7, İsrafil-3
İdris Novruzəli oğlu-15
Yarəli Əliqulu oğlu-43; oğlu: Baba-18, Zəli-15, Səfərəli-14, Murtuzəli-10, Novruzəli-6
Balaca Əliqulu oğlu-35; oğlu: Əhməd -18, Məhəmməd-3
Şıx Məhəmməd oğlu-70; oğlu: Mirəhməd-37; qard: İlyas Əhməd-40; qard. oğlu: İsmixan Şıx oğlu-14, Musa Hacıxan Səfıxan oğlu-42; oğlu: Qaraxan-13; qard: Əhmədxan-25; qard. oğlu: Bədəl Əhmədxan oğlu-8 (ay)
Xan Məhəmməd oğlu-50; oğlu: Məhəmməd-5, Hacı-2; qard: İsrafil-30; qard. oğlu: Məhəmmədyar-8
Daşdəmir Pirvəli oğlu-52; oğlu: Əbdülrəhman-17, .... ?-14, Məhəmməd-2; qard: Məhəmməd Kərim-30; qard. oğlu: Süleyman Kərim-2
Əbdül Səlim Ömər oğlu-25; qard: Əbdül Qafar-18, Xan Buray-9
Məhəmməd Lətif oğlu-70; oğlu: Əhməd-25, Mahmud-18, Rəhmət-12; nəvə: Əmirbəy-6 (ay)
Səfər Qayim Murad oğlu-42; oğlu: Əli-7, İbrahim-3, Murad-1; qard: Yusuf-30; qard. oğlu: Məhərrəm-12, Şıxmurad-7
Musa Seyid Şan oğlu-15; qard: İsa-4
Yapmədət Əli oğlu-38; qard: Qaplan-25, Səlim-7
Kudul Abdanəli oğlu-19; qard: Rüstəm-15, İslam-6
İsmayıl Tarverdi oğlu-32; qard: Burcəli-15, Hacıverdi-12, Mahmud-8, Məhəmməd-2
Əlibəy Tarverdi oğlu-28
Səfər Məhəmməd oğlu-38; oğlu: Xəlil-2; qard: Əli-18, İbrahim-16, Əris-14
Saleh Əsgər Əli oğlu-62; oğlu: Pirəli-21, Əli-17, Fərzəli-12
Seyid Əli Həsən Əli oğlu-50; oğlu: Osman-12; qard: Müısəli-40, Abdulla-25, İsmayıl-31; qard. oğlu: Ömər Mürsəli oğlu-7, Həsəhəli-5, Süleyman-3, Güləli Abdulla oğlu-8, Xələf-5, Həşim-2 (ay)
Bayram Əli Əliyar oğlu-32; qard: Məhəmməd-25
Səfərəli Aşur oğlu-55; oğlu: Təyin-7, Əbdül Manaf-5, Əsgər Əsgər Əli-1
Novruzəli -35; oğlu: Fərzəli-5, Aşur-2
Nəğdəli Aydın oğlu-36; oğlu: Nəcib-5
Əsgərəli Xəlil oğlu-30; oğlu: Səməd-7, Xəlil-4, Kərim-6 (ay) qard: Heybətəli-25, Qafar
Hacı Məhəmməd Cavanşir oğlu-60; oğlu: Əli.
Əhməd İsmayıl oğlu-25; oğlu: Oruc-5, Əziz-1; qard: Məhəmməd-29; qard. oğlu: Mustafa-5, Cəbrayıl-1, İbrahim-10, Comərd Əmin oğlu-10; qard: Ağabəy-7 (kasıb)
İsaq Qasım oğlu-50; oğlu: Yusuf-21, İsa-15, Məhəmməd Rəhim-12; nəvə: Əlirza Yusuf oğlu-6 (ay)
Oruc Qasıməli oğlu-7 (kasıb)
Novruzbəy Tatarxan oğlu-32
Murtuzəli Məhəmməd oğlu-43; oğlu: Məhəmməd-10, Novruzbəy-7; qard: Bayrambəy-47, Fətəli-36; qard. oğlu: Mahmud Bayrambəy oğlu-15, Əhməd-12, Müstəfı-5, Vəlibəy-3, Sultan-1, Qapı Fərzəli oğlu-3
Hacıbaba Mahmud oğlu-65; oğlu: İbrahim-25; nəvə: Bağır İbrahim oğlu-3, Tağı-2, Hacıverdi-3 (ay)
Qurban Əli Əlibaba oğlu-48; oğlu: Səməd-10, Əsgər-3, Əlibaba-1; qard: Əli-32
Məhəmməd Kərim Əziz oğlu-43; oğlu: Məhəmməd-8
Mustafa Əzim oğlu-43; oğlu: Bayram-5, Əhməd-1
Əli Əzim oğlu-25
Şıxi Pirəli oğlu-25; qard: Tahir-12, Məhəmməd-8
Lətif Əli oğlu-42; oğlu: Əli-5, Allahverdi-3
Allahverdi Səfərəli oğlu-96; oğlu: İbrahim-33, İlyas-22; nəvə: Həşim İbrahim oğlu-5, Səlim-3. Əyyub İlyas oğlu-2 (ay)
Mikayıl Allahverdi oğlü-38; qard. oğlu:Məhəmməd-16, Alaverdi-12
Hacı Məhəmməd Şıxşaqa oğlu-55; qard. oğlu: Şixmə-28, Məhəmməd-20; nəvə: Nuh Şixmə oğlu-6 (ay)
Turab Məhəmməd Əli oğlu-35; oğlu: Məhəmməd Əli-2, Abdulla-6 (gün.); qard: Şıxi-19, Yaqub-15, İsrafıl-12
Qəribxan Səfıxan oğlu-43; oğlu: Osman-9, Əhmədxan-2; qard. oğlu: İbrahim-15, Nəbi-12, Qədir-9, İsak-6
Əhmədxan Lələ oğlu-44; oğlu: Qafar-10, Lələ-7
Rəhmət Qaranaz oğlu-41; oğlu: Novruzbəy-18, Durxan-15, Məhəmməd Qulu-10; qard: Sərdar-31; qard. oğlu: İdris-11, Məhəmməd-8, Mustafa-6, Kəlbəli-3, İbrahim-3 (ay)
Allahverdi Məhət oğlu-28
Qayıbxan Məhət oğlu-35; oğlu: Əhmədxan-10, Məhəmmədxan-8
Ramazan Vəli oğlu-43; oğlu: Nemətulla-13; qard: Həbib-40, Nəsrulla-8, Mütəllim-5; qard. oğlu: Qeybulla Həbib oğlu-6, Həşim-3
Allahverən Allahverdi oğlu-35
Qoca Novruzbəy oğlu-41; oğlu: Novruzbəy-1; qard: Məhəmməd-6
Aydın Adil oğlu-20; qard: Şirin-15, qard:bəy-8
Əhməd Ağamalı oğlu-63; oğlu: Cabbar-10, Qafar-5; qard. oğlu: Haşim Həmzə oğlu-15
Ağamoğlan İmam oğlu-41; oğlu: İmaməli-3, Əsədulla- 1
Ağamalı İslaməli oğlu-35
Hacıəli Həzər oğlu-42; oğlu: Əli Həzər-8, Gül Məhəmməd-5; qard: Əlibəy-25; qard. oğlu:
Vəlibəy Əlibəy oğlu-3, Polad-1
Şıx Nəbi Cavanşir oğlu-12; qard: Həsən-3 (kasıb)
Məhəmməd Müyləm oğlu-39; oğlu: Əhməd-3, Mahmud-1 (ay)
Ramiz Müyləmverdi oğlu-32
Ağverdi Sübhanverdi oğlu-30; qard: Əliverdi-22, İmamverdi-15, Tarverdi-12, Mikayıl-10
Çoban Əli Aydəmir oğlu-82; oğlu: Musa-25, Əyyub-18, Yusif-15
Məhəmməd Səid Əli oğlu-50; oğlu Mürsəli-22
Məhəmməd Hənifə oğlu-25; oğlu: Oruc-2; qard: Əli-15, Cəfər-12; qard. oğlu: Hənifə Tahir oğlu-6, Zakir-3
Günəş Əli oğlu-52; qard: İmamqulu-35, Məmmədqulu-15, Ağaqulu-12; qard. oğlu: Allahverdi-4, Araz-2
Ağverdi Mirzə oğlu-89; oğlu: Mirzə-51, Ağakişi-18; nəvə: Şıxəli-6
İsaq İsa oğlu-15; qard: Hacı-22, Ağaməhəmməd-15
Fərəz Vəli Rza oğlu-47; oğlu: Vəlirza-19, Babarza-12, Saleh-7
Şıx Kamil Nəcəf oğlu-49; oğlu: Həlim-16, Səlim-7, Teyyub-4; qard: Məhəmməd-31; qard. oğlu: Məmməd Məhəmməd oğlu-12, Əhməd-4, Qafar-2, Bayram-3 (ay)
Ədilxan İsmixan oğlu-45; oğlu: Hacı Ağacəd-10, Teymurxan-4
Əlixan İsmixan oğlu-35; qard: Məhəmmədxan-28, Əhmədxan-18; qard. oğlu: Allahyar-2
Xaspolad Sacəddin oğlu-35
Şıxməhəmməd oğlu-52, oğlu: Əhməd-23, Zeynal-20, Bağır-17, Səlim-15, Səməd-10; qard. oğlu: Seyid Ramazan oğlu-27, Dəmirnaz-1
Əyyub Mahmudcan oğlu-85; oğlu: Maqsudxan-25, İsmayıl-18; nəvə: Mahmud-2; qard. oğlu: Ramazan Vəli-21, Əli Pənah-15
Səfərəli Mahmudəli-31; oğlu: Yarəhməd-23, İsmayıl-6
Qayıb Nəzər oğlu-32 (kasıb)
Allahverdi Tarverdi oğlu-35; oğlu Süleyman-4
Hacı Nurəddin oğlu-43; oğlu: Əlimirzə-4, Nurəddin-5; qard: Bayram-31; qard. oğlu: Məhəmməd Qulu-14, Nəzər Əli-11
İbrahim İsrafıl oğlu-65; oğlu: İsrafıl-23, Xəlil-15, Abdulla-12, Hacı-3; nəvə: Nəsrulla-5 (ay)
Mikayıl Qasım oğlu-34; oğlu Həmzə-2; qard: Mirzəməhəmməd-23
İmam Rza Əziz oğlu-28; oğlu Əziz-3
Qeybulla Ağamirzə oğlu-32
Fərəməz Mirzə oğlu-28
Şıx Kərim Sərxan oğlu-9 (kasıb)
Muradbəy Qayıb oğlu-29; oğlu: Ağabəy-12, Pirməhəmməd-10, Malibəy-7, Novruzbəy-5, Qayım-3; qard. oğlu: Mirzəbəy-25
Hacı İmam Nəzər oğlu-48; oğlu: Tağı-12, İmam Nəzər-10, İbrahim-7
Ağarza İmam Nəzər oğlu-27; qard. oğlu: Məhəmmədrza-22, Mahmud-12, Rəsul Seyid Rza oğlu-12
Hacıbaba Əbdüləziz oğlu; qard: Hacı Əhməd-17
Çələbi Abdulla oğlu-27; oğlu Abdulla-1; qard: Vəliməhəmməd-19, Pirməhəmməd-15
Əhməd Şıxcan oğlu-31; oğlu: İbrahim-4
Soltan Əlimirzə oğlu-50 (kasıb)
Aslanəli Davud oğlu-62; oğlu: Fərzəli-21, İmaməli-18, Davud-11
Əhməd Məhəmməd oğlu-22; qard: Abbas-4
Cəbrayıl Xanədan oğlu-35; oğlu: İsbad-5
Tağı Əlişir oğlu-42; oğlu: Əlişir-12, İbrahim-10
Murad Can Səfər oğlu-28; oğlu: Əli-16, Mirzəli-12
Qəmər Şərif oğlu-35; qard: Seyid-28
İbrahim Qubar oğlu-29
Əhmədəli Şahməmməd oğlu-32; qard: Məhəmməd-26, Oqrı-21; qard. oğlu: Abdulla Sadıq oğlu.
Ramazan Nəbi oğlu-32; oğlu: Nəbi-4, Əli-2; qard: Hacı-28
Məhəmməd Nəbi oğlu-42; oğlu Əli-3
Səfər Mansur oğlu-20; qard: Məhəmməd-15, Yusuf-10, Mütəllim-6
Qasıməli Əli oğlu-55; oğlu: Əli-21, Səfərəli-12, Fərzəli-3; qard. oğlu: Möhübəli-7
İbrahim Arzuman oğlu-20; qard: Arzuman-15, Novruzəli-12
Hüseyn Cabbar oğlu-15; qard: Mehdi-5
Əbdülrəhim Manaf oğlu-43; oğlu: Ağa Rəhim-15, Məhəmməd-8; qard: Əmirağa-25; qard. oğlu: Hacı Əmir-2
Əzim Can Nəzər oğlu-35; oğlu: Can Nəzər-2, Alim-3 (ay); qard: Abdulla-18; əmioğlu: Məhəmməd Seydulla oğlu- 15, Yusuf-12
Mirzəbəy Muxtar oğlu-30; oğlu Allahverdi-2 (ay); qard: Murtuzəli-20, Əlimirzə-17
Mirzəbəy Əbdiilbəy oğlu-32 (kasıb)
Əhməd Şıxmirzə-43; oğlu: İbrahim-8, İsmayıl-6
Mahmud Rəhmət oğlu-26; oğlu: Ağababa-8, Rəhmət-6
Qoca Həsən oğlu-64; nəvə: Zülfuqar-3, Yunus-1
Əzizbəy Kərim oğlu-43; oğlu: Bayram-21, Kərim, Məhəmməd-8, Vəlıbəy-4 (ay)
Hacı Rövşən oğlu-50; oğlu: Səfər-1 (ay)
Babaəli Əbdülrəhman oğlu-20; qard: Bityət Əli-15, Səfər Əli-8
Əliverdi-23; oğlu Yaxşı-2 (ay); qard:6 Məhəmməd Quli-12
Rövşən Atacan oğlu-31; qard: Xoca-27, Atacan-20
Mirzəcan Valeh oğlu-71; oğlu: Abdulla-7; qard. oğlu: İbrahim-22
Rəsul Əlibəy oğlu-23; oğlu Əlibəy-2 (kasıb)
Soltan Qorçu oğlu-41; oğlu: Qasım Əli-14, Əbdal Əlı-12, Novruzəli-7
Müyüləli Xəlil oğlu-52; oğlu: Hacıverdi-15, Osman-3, Nəsb Mirzə Rəhim-5
Balağa Kamil oğlu-63; oğlu Şıxağa-24; qard. oğlu: Kamil Cəbrayıl oğlu-30
Ədilxan Yasin oğlu-21; qaıd: Əlixan-18, Qacay-12, Vəlixan-5
Məhəmməd Rza Borçi oğlu-60
Mütəllim İbrahim oğlu-35; əmioğlu: Osman Məhəmməd oğlu-7, Zülfüqar-5, Mahmud-3
Abdulla Məhəmmədyar oğlu-40; oğlu: Məhəmmədyar-7, Qeybulla-5
Nemət Əli oğlu-60 Əli-25, İbrahim-18, Səməd-6
Çələbi Şıxcan-35; oğlu Yəhya-3
Hacı Tarverdi oğlu-60; oğlu: Rüstəm-8
Şıxbaba Tarverdi oğlu-44; oğlu: Qasım-2, Xudaverdi-20 (gün)
Tarverdi Abdulla oğlu-23; qard: Məhəmməd Kərim-18; əmisi oğlu: Mahmud İsmayıl oğlu-8
Misirxan Babaağa oğlu-33; oğlu Babaağa-6
Əlixan Şeni oğlu-55; oğlu: Şeni-25, Həsən-16; qard: Sübhanverdi-35; qard. oğlu: Vəli Sübhanverdi oğlu-7, Əli-1, Bayram-2 (ay); əmioğlu: Hüseyn Babaağa oğlu-18, İbrahim İsrail oğlu-28
Ağa Baba oğlu-31; oğlu: Baba-2, Oruc-22, Mustafa-18, Hacı-7
Əhməd Məhəmməd oğlu-20; oğlu Məhəmməd-3 (ay); qard: Həsən-14
İmam Mirzə qulu oğlu-28; oğlu Əbdülqapı-4
Məhəmməd Əliməhəmməd oğlu-37; oğlu: Hacı Məhəmməd, Əbdülqapı-4 (ay); qard: Seyid Məhəmməd-25, Mirzəməhəmməd-20. Mir Məhəmməd-18
Məhəmməd Nurməhəmməd oğlu-24; qard: Hacı-12
Əbdül Həşim oğlu-50; oğlu Əhməd-2 (ay); qard. oğlu: Həşim Manaf oğlu-15, İbrahim-10
Əli Allahverdi oğlu-24 (ay); oğlu Allahverdi-3; qard: Hüseyn-15
Yusuf İsmi oğlu-36; qard. oğlu: Məhəmməd Əhməd oğlu, Mürsəli-4
Məhəmmədcan Əlican oğlu-32 (kasıb)
Əli Qasım oğlu-55
Eyyub Qasım oğlu-80; oğlu: Dadaş-19, Musa-9; nəvə: İbrahim-13, Çoban-5, Qurban Dadaş oğlu-7, Məhəmməd-3, Bayram-7 (ay)
Qasım Əhməd oğlu-31; oğlu: Əhməd-35, Kərim-31; nəvə: İsa Ədməd oğlu-15, Musa-12, Mehdi-7, Mütəllim-2 (ay), Osman Kərim-2, Ömər-3 (ay)
Əli Əhməd oğlu-75; oğlu: Rahim-35, İsmayıl-31, Eyyub-18; nəvə: Teyyub İbrahim oğlu-3, Əbdülrəzəxan-6
İsmayıl Mədətxan oğlu-46; oğlu: Mədətxan-25, Əlixan-20, Əziz-15 (ay)
Cəbrayıl Sadıx oğlu-34; oğlu Əhməd-4; qard: İsrafıl-24, Azay-16, Mikayıl-7, Mustafa-5 Ağammirzə Səfər oğlu-45; oğlu: Məhəmməd-9, Əli-1
Əmirbəy Can oğlu-40; oğlu İsrafıl-22; qard: Qardaşbəy-32; qard. oğlu: Məhəmməd Qardaşbəy-1
Seyid Məhəmməd Şıxəli oğlu-8; qard: Mirzəməhəmməd-5
Qayıb Yusuf oğlu-25
Ağa Camal oğlu-35; oğlu: Ağa Dadaş oğlu-15, Camal-4
Novruz bəy Tahir oğlu-70
Hacı Məhəmməd oğlu-55; oğlu: İbrahim-18, İsmayıl-15, Zeynal-12
Babası Səfixan oğlu-32; oğlu: Bədirxan-7, Teymurxan-5
İsmayıl Məhəmməd xan-36; oğlu: Həbib-4; qard: İsrafil-22
Əbdürrəzaq Xəlil oğlu-41; oğlu: Xəlil-9, Əhməd-6, Məhəmməd-4, Rzaqulu-1
Xudabaxış Şirəli oğlu-41; oğlu: Şirəli-15, Əhməd-12; qard: Hacı-30; qard. oğlu: Yusuf Allahverdi-8
Əbdülmanaf Keyrnaz oğlu-28; qard: Kərim, Məhəmməd Rza-12
Novruz Əliyar Məhəmməd oğlu-35; oğlu: Seyid Əli-5
Səfi Quli Qubad oğlu-45; oğlu: Xəlil-7, Cəmil-5, Pirməhəmməd-1
İmamverdi Hacı Məhəmməd-52; oğlu: Qandıq-17, Daşdəmir-6
Əhmədəli Bəşir oğlu-27; oğlu: Əli Bəşir-8 (ay)
Məhəmməd Murtuzəli oğlu-21; qard. oğlu: Əhməd Yusuf oğlu-5, Seyid Əhməd-2
Ramazan Əhməd xan oğlu-1
Murad Şıxibəy oğlu-7; qard: İbrahim Xəlil-5 (kasıb)
Balağa İmaməli oğlu-25; qard: Məhəmməd Əli-15
Mahmud Şıxican oğlu-44; oğlu: Ağa Məhəmməd-16, Mirzəməhəmməd-12, Pircan-8, Yusuf-5, Osman-3
Allahverdi Baba oğlu-41; oğlu: Baba-3
İsmayıl Mirzə oğlu-15; qard: Seyid Məhəmməd-7 (kasıb)
İbrahim Pir oğlu-7; qard: İsmayıl-5 (kasıb)
Bayram Qasım oğlu-6 (yetim)
Əli Murad Gül Murad oğlu-8; qard: Gül Murad-4 (kasıb)
Siyah Bədirxan oğlu-41; oğlu: Cəbrayıl-12; qard: Selaverdi-32; qard. oğlu: Yusuf Allahverdi oğlu-3, Dəmirnov-1, Ağverdi-21, Tarverdi-18, Bədirxan-18, Ədilxan-7
Xan Əhməd Əmir oğlu-45; oğlu: Tapdıq-6; qard: Soltan-41 (kor), Can Əhməd-35; qard. oğlu: Novruz bəy-9, Hüseyn-4, Əli-2, Səlim Hüseyn oğlu-11
İbrahim İbrahim oğlu-3 (ay) (yetim)
Allahverdi Babaverdi oğlu-10; qard: Osman-6, Məhəmməd-4 (kasıb)
Pirəli Güləli oğlu-19
Muradxan Əhməd oğlu-8 (yetim)
Günah Dərviş oğlu-12; qard: Nurməhəmməd-6 (kasıb)
Qoca Əbdüləzim oğlu-12; qard: Hüseyn-8, Məhəmməd-5 (kasıb)
Əlixan Ağa oğlu-12 (kasıb)
Məhəmməd Qasım Vahab oğlu-12; qard: Kazım-9 (kasıb)
Məhsum Lələ oğlu-32
Novruz Əli Araz oğlu-25; oğlu: Çələbi-1
Teymur Məhəmməd oğlu-13; qard: Bədəl-8 (kasıb)
Allahverdi Tarverdi oğlu-22
Mütəllib Baba Seyid oğlu-12; qard: Abdulla-9 (kasıb)
Yaxşıxan Rəhmət oğlu-22
Sərxan Mansur oğlu-23
Məhəmmədyar Bayramqulu oğlu-12 (kasıb)
Bədəl Tahir oğlu-3 (yetim)
Allahverdi Baba oğlu-34; oğlu Hacı Məhəmməd-6 (ay) qard: Ağverdi-11
Əlixan Teymurbəy oğlu-1 (yetim)
İbrahim Tarqulu oğlu-55; oğlu: İsmayıl-6, Məhəmməd-4, Məhəmməd-4 (ay); qard. oğlu: Cavad İsmayıl oğlu-22, Tarqulu-15

Vergi ödəməyən rəncbərlər:
Əlibəy Məhəmməd Şərif oğlu-96; oğlu: Adil-45, Məhəmməd Şərif-42, Qarabəy-36, Aslan-30; nəvə: Şıxəli-15, Şıxvəli-6
Abdulla Əbdülrəhman oğlu-35; oğlu: Əbdülrəhman-3; qard: Xanqulu-41, Kərim-39, Rəhim-37, Mahmud-7; qard. oğlu: Novruzbəy-5, Şadıbəy-2, Qafur Rəhim bəy-3, Əhməd-5 (ay)
Mahmud Əhməd oğlu-22; qard: Mustafa-15, Qasım-10; dayısı: Əbdülsəlim Baba oğlu-41; əmioğlu: Baba Əbdülsəlim.
Mirzəxan Eldar oğlu-62; oğlu: Mürid-15, İbrahim-8, Vəli-5
Kərim İbrahim oğlu-42; oğlu: Rəhim-2; qard: Dəmirnov-25, Məhəmməd-11
Qurban İsgəndər oğlu-43; qard: Baba-35; qard. oğlu: İsgəndər Baba oğlu-5, Əhməd-3
Əliverdi Qurban oğlu-42; oğlu: Səfər-4, Qafar-2; qard. oğlu: Tahir Əli-25, Zakir-15, Pirverdi-13, Tarverdi-2, Nəsrulla Əziz oğlu-4, Əli-5, Qurban-3
Məhəmməd Seyid Şıxvəli oğlu-42; oğlu: İsaməddin-7, İsa; qard: Seyid Məhəmməd-37, Ağa Məhəmməd-31; qard. oğlu: Pirverdi Seyid Məhəmməd oğlu-1, Şıxvəli Ağa Məhəmməd oğlu-2
Gülmirzə Əlimirzə oğlu-52; oğlu: Əlimirzə-12, Mirzə-10, Polad-8, İlyas-4; qard: Bəyağa-45, Səlim-32, Seyid-25; qard. oğlu: Mütəllim Bəyağa oğlu-4, Teyyub-1
Ramazan Qapı oğlu-32

Cəmi 993 nəfər sünnüməzhəbli kişi və oğlanın qeydə alındığı bu kəndin sakinlərinin əksəri oturaq, kiçik bir qismi isə köçmə həyat tərzi keçirir, taxılçılıq, bez parçalar toxunması və qoyunçuluqla məşğul olurdular. İki yüzbaşı ailəsinin hər biri xəzinəyə ildə 3 rubl 50 qəp., rəiyyətlərin hər bir ailəsi isə 1 rubl 50 qəp. pul və 1 ruba arpa ödəyir, bundan əlavə torpaq sahibinin xeyrinə mükəlləfıyyətlər ödəyirdilər. Kənddə 750 ruba əkinə yararlı, 3000 ruba yararsız, 1000 ruba biçənək, 1000 ruba otlaq sahəsi və 5 dəyirman vardı. Buduq kəndi xanlar tərəfindən Rüstəm bəyin sələflərinə mahal naibi olduğu üçün tiyul kimi verilmiş, rus hakimiyyət orqanları da Rüstəm bəyin bu hüququnu təsdiq etmişdilər.
Vergi verməyən rəncbərlərin ilk dörd ailəsi Rüstəm bəy Məhəmməd bəy oğluna məxsus idi (sələflərinə Fətəli xan tərəfindən verilmişdir), iki ailə İsmayıl bəy ağaya, iki ailə Mustafa bəy Hüseynxan bəy oğluna, iki ailə Mustafa əfəndiyə, iki ailə Şixican Əfəndi oğluna mənsub idi.
Qeyd.
Sənad tərtib olunarkən III kitabda cəmi 417 vərəq olmuşdur. Ancaq sonradan 218-221-ci vərəqlər cırılıb götürülmüşdür. Hal-hazırda 344 saylı sənəddə cəmi 406 vərəq vardır.